Uorvik Qalasi - Wikipedia
Uorvik qalası (ing. Warwick Castle) — 1068-ci ildə I Vilhelm Fateh tərəfindən inşa edilmiş orta əsr qəsri. Uorvik İngiltərənin Uorvikşir qraflığında, Eyvon çayı üzərində yerləşən şəhərdir. Ağacdan olan orijinal qala "mott və beyli" (ing. motte-and-bailey) XII əsrdə yenidən qurulmuşdur. Yüzillik müharibə zamanı şəhərin əks fasadı bərpa edildi ki, bu da onu XIV əsr hərb memarlığının ən tanınmış nümunələrindən birinə çevirdi. XVII əsrin əvvəllərinə qədər, yəni onun 1604-cü ildə I Ceyms tərəfindən Ser Falk Qrevilə verilməsinə qədər ondan istehkam kimi istifadə edilmişdir. Qrevil onu Qrevillər ailəsinə məxsus ölkə-evə (ing. country house) çevirdi və bu ev 1759-cu ildən 1978-ci ilə, Tussaud qrupu (ing. the Tussauds Group) tərəfindən alınana qədər Uorvik qrafının oldu.
Uorvik qalası | |
---|---|
ing. Warwick Castle | |
52°16′46″ şm. e. 1°35′08″ q. u.HGYO | |
Ölkə | İngiltərə |
Şəhər | Uorvik |
Tikilmə tarixi | 1068 |
Rəsmi sayt | warwick-castle.com |
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci ildə Tussauds qrupu, The Blackstone Group tərəfindən Merlin Entertainment ilə birləşdi; Daha sonra Prestbury Group investisiya firması Uorvik qalasını satış və kirayə müqaviləsi ilə Nick Leslau'ya satdı.