Uludas - Wikipedia
Uludaş — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Uludaş kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Uludaş | |
---|---|
40°59′ şm. e. 47°45′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 650 m |
Saat qurşağı | |
Toponimikası
redaktəKəndin adı yaxınlığındakı Uludaş adlı yüksəklikdən alınmışdır. Dağın adı isə "böyük daş" mənasındadır. Türkiyənin qərbində Ulu dağ adlı dağ silsiləsi var.[2] "Ulu" və "daş" sözlərindən ibarət olan sözün açıqlamasını toponimiklər belə yozur: ulu "qədimlik, uca", daş isə qədimdə "dağ" anlamındadır. Kənd bu ərazidə nisbətən uca dağların yaxınlığında yerləşdiyindən "Ulu daş", yəni uca dağın ətəyində yerləşən kənd adlandırılmışdır. "Ulu" uca dağa yaxın olmasına işarədir.[3]
Tarixi
redaktəKənd 1999-cu ildə yaradılmışdır.
Coğrafiyası
redaktəKənd Bumçayın sahilində, Alazan-Əyriçay vadisində yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1631 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəKənd əhalisi taxılçılıq, tərəvəzçilik, meyvəçiliklə, eləcə də iri və xırda buynuzlu heyvandarlıqla məşğul olur. Kənddə ATS mövcuddur. Elektrik enerjisi fasiləsiz olaraq verilir, ticarət müəssisələri fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Uludaş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz eli, 2009.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktə- Qəbələ rayonu İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
Həmçinin bax
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |