Uh Oh Mahni - Wikipedia
Uh-Oh – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. 26 iyun 2019-cu ildə "Cube Entertainment" tərəfindən qrupun ikinci rəqəmsal sinqlı kimi buraxılmışdır.[2] Mahnının klipi həmin gün yayımlanmışdır. Mahnının yaponca versiyası 26 avqust 2020-ci ildə "Latata" minialbomu ilə buraxılmışdır.[3]
"Uh-Oh" | ||||
---|---|---|---|---|
(G)I-dle tərəfindən ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 26 iyun 2019 | |||
Müddət | 3:28 | |||
Prodüser | ||||
Sözlərin müəllifi | Soyon | |||
Leybl | Cube Entetainment | |||
Studiya | Cube Studio | |||
(G)I-dle sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"Uh-Oh" — YouTube platformasında
|
Buraxılması
redaktə16 iyun 2019-cu ildə "(G)I-dle" qrupunun "Uh-Oh" rəqəmsal sinqlı ilə geri dönüş edəcəyi açıqlanmışdır.[2] 17–18 iyunda sinql üçün tizer şəkilləri buraxılmışdır.[4][5] 21 iyunda Uqi və Minni,[6] 22 iyunda Sucin və Şuhua,[7] 23 iyunda Soyon və Miyon üçün tizer videoları paylaşılmışdır.[8] Mahnı 26 iyun 2019-cu ildə rəqəmsal sinql kimi MelOn, iTunes və Spotify platformalarında buraxılmışdır.[9][10][11]
Mahnının klipi 26 iyunda buraxılmışdır. Klipin xoroeqrafiyası Star System tərəfindən hazırlanmışdır.[12] Klip buraxıldığı ilk gün ərzində 5 milyon YouTube baxışı yığmışdır.[13] Klip qrupun üsyankar ruhunu hiss etdirdiyi üçün bəyənilmişdir.[14]
Musiqi və sözlər
redaktəMahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır.[15] Soyon verdiyi bir müsabibədə mahnının "Senorita" mahnısının buraxılmasından öncə yazıldığını bildirmişdir. O, mahnını onun müğənni olacağına inanmayan şəxslər barədə deyinmək üçün yazmışdır.[16] Mahnı bum-bap stilindədir. Bu stil 1990-cı illərdə İst-Kostdakı hip-hop musiqində populyar olmuşdur.[2]
Qəbul
redaktəMahnı "NetEase Cloud Music" hit-paradında 22-ci yeri tutmuşdur. Beləcə, qrup bu hit-paradda yer alan yeganə K-pop qrupu olmuşdur.[17] Mahnı "Douban" tərəfindən "2019-cu ilin ən populyar koreyaca mahnıları" siyahısında 3-cü yerdə,[18] "Medium" tərəfindən "2019-cu ilin ən yaxşı 20 K-pop mahnısı" siyahısında 14-cü yerdə göstərilmişdir.[19] Mahnı 2 iyul 2019-cu ildə SBS MTV-nin "The Show" verilişində qalib gəlmişdir.[20]
Hit-parad (2019) | Ən yüksək yer |
---|---|
Sinqapur (RIAS)[21] | 23 |
Cənubi Koreya (Gaon)[22] | 31 |
Cənubi Koreya (K-pop Hot 100)[23] | 23 |
ABŞ Dünya Rəqəmsal Mahnı Satışları (Billboard)[24] | 7 |
İstinadlar
redaktə- ↑ "Uh-Oh – Melon". Melon (koreya). 25 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2021.
- ↑ 1 2 3 "(여자)아이들, 4개월만 디싱 'Uh-Oh'로 컴백‥대세 행보 이어간다[공식입장]". HeraldPop. 17 June 2019. 17 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ (G)I-DLE,『Oh my god』ジャケットは“表と裏の2面性”がコンセプト. BARKS. Yahoo! Japan. July 10, 2020. July 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2024.
- ↑ "(여자)아이들, 파격 변신 예고한 'Uh-Oh' 콘셉트 포토". EDaily. 18 June 2019. 23 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "'우기' 여자 아이들은 19일 0시 여자". Insight Korea. 22 June 2019. 23 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "(여자)아이들, 'Uh-Oh' MV 개인 티저 공개…뉴트로 힙합 감성". News10. 22 June 2019. 23 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "(여자)아이들, 수진·슈화의 파격 변신…'Uh-Oh' MV 티저 공개". SportsWorldi. 23 June 2019. 7 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "(여자)아이들, 'Uh-Oh(어-오)' MV 티저 공개…독보적 카리스마". SportsChosun. 24 June 2019. 24 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "Uh-Oh (여자)아이들". www.melon.com (koreya). June 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2019.
- ↑ "Uh-Oh – Single (G)I-DLE", www.itunes.com, June 26, 2019 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 26, 2019
- ↑ "Uh-Oh By (G)I-DLE", www.spotify.com, June 26, 2019 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 26, 2019
- ↑ "starsystem_kor (여자)아이들 [Uh-Oh]". Instagram. 26 June 2019. 2021-12-25 tarixində arxivləşdirilib.
- ↑ "(여자)아이들, 잘 나가네… 신곡 '어-오' 뮤비 하루만에 500만뷰". SportsWorldi. 28 June 2019. 1 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "(G)I-DLE Are Badass Babes In Their Latest Music Video, "Uh-Oh": Watch". E! News. 30 June 2019. 1 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "(여자)아이들리더 소연 '시크한 매력'". 26 June 2019. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "진짜 힙합 보여줄게 (여자)아이들" (koreya). Vibe. June 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2019.
- ↑ "(여자)아이들, 중국 왕이뮤직 '2019 상반기 TOP50' 22위 랭크... K-POP 아티스트로서는 유일". Star Daily News. 2019-07-11. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13.
- ↑ "Top K-Pop Artists of 2019". Douban. July 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 27, 2019.
- ↑ Gaffney, Ciara. "20 Best K-Pop Songs of 2019". Medium (ingilis). February 21, 2020. March 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 25, 2020.
- ↑ "'더쇼' (여자)아이들, 'Uh-Oh'로 컴백 동시 1위..박재정-SF9 출연[종합]". HeraldPop. 2019-07-02. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
- ↑ "RIAS International Top Charts Week 27". Recording Industry Association (Singapore). July 13, 2019 tarixində arxivləşdirilib.
- ↑ "Digital Chart – Week 27 of 2019". Gaon Chart (koreya). October 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2019.
- ↑ "Uh-Oh". billboard.co.kr. July 6, 2019. 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-25.
- ↑ "World Digital Song Sales". Billboard. July 6, 2019. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2019.