Ugurlu Xan Ziyadi Gencevi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Uğurlu xan Ziyadi-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası.
Uğurlu xan Ziyadi-Gəncəvi | |
---|---|
Uğurlu xan Məhəmmədqulu xan oğlu Ziyadoğlu-Qacar | |
1664 – 1666 | |
Əvvəlki | Mürtəzaqulu xan Ziyadoğlu-Qacar |
Sonrakı | Abbasqulu xan Ziyadoğlu-Qacar |
Şəxsi məlumatlar | |
Doğum yeri | Gəncə, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Fəaliyyəti | şair |
Atası | Məhəmmədqulu xan |
Uşaqları | Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan |
Həyatı
redaktəKəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət müqəddəs Qum şəhərində darğa vəzifəsini aparmışdı. Orda Əbdürrəzzaq Fəyyaz-Lahicidən ali elmləri əxz etmişdi. Uğurlu xan Ziyadoğlu-Qacar 1664-cü ildə qardaşı Murtuzaqulu xanın vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat edib.
Uğurlu xanın Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan adlı oğulları vardı.
Uğurlu xan şair idi. Ziyadi təxəllüsü ilə şeir yazırdı. O, şairləri himayə edir, onların dolanışığını təmin edirdi. Ədəbiyyatşünas Firudin bəy Köçərli yazır: "Divanında yazılmış bir tərcibənddən belə məlum olur ki, Qövsi Uğurlu xan Ziyad oğlunun əsrində onun təhti-himayəsində mürəffəhhal güzəran edirmiş. Bununla belə vətəni-məlufunu unutmayıb, hər dəm onu yad edərmiş. Uğurlu xan isə Gəncə xanlarından Şahverdi xanın qardaşı və məşhur Cavad xanın əmisi olduğu rəvayət olunur ki, hicrətin 1180-1190-cı illərində xanlıq edərmiş".
Ziyadi Gəncəvi Qövsi Təbrizi ilə dost idi. Qövsi ona həsr etdiyi tərcibəndində yazırdı:
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında
ki, biz onun qulu, ol bəndeyi-Süleymandır.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.