Tuzxurmatu Qezasi - Wikipedia
Tuzxurmatu qəzası (ərəbcə: قضاء طوز خور ماتو) — İraq Respublikasının Səlahəddin mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhəridir.
Tuzxurmatu qəzası | |
---|---|
34°50′29″ şm. e. 44°37′53″ ş. u.HGYO | |
Ölkə | |
Ərazisi
redaktə2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.316 km² ərazini əhatə edir.[1][2]
İnzibati-ərazi bölgüsü
redaktəİnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Tuzxurmatu nahiyyəsi (ərəbcə: ناحية طوز خور ماتو)[3], Əmirli nahiyyəsi (ərəbcə: ناحية آمرلي) və Süleymanbəy nahiyyəsi (ərəbcə: ناحية سليمان بيك).
Əhalisi
redaktəİnzibati vahid |
Ərazi | 2003-ci il | 2007-ci il | ||||
---|---|---|---|---|---|---|---|
Ümumi | % | Ümumi | % | ||||
Səlahəddin mühafazası | 24 075[1] km² | 942 314[2] | 100.00 | 1 191 403[4] | 100.00 | ||
Tuzxurmatu qəzası | 2 316[1] km² | 153 391[2] | 16.28 | 160 690[4] | 13.49 |
Etnik tərkibi
redaktəOŞSAM[5]-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən bütün Səlahəddin mühafazsında təxminən 1.200.000 nəfər, Tuzxurmatu qəzasında isə təxminən 190.000 nəfər əhali yaşayır.[6] Tuzxurmatu şəhəri və qəzadakı digər yaşayış məntəqələrində yaşayanlar da daxil olmaqla bütün qəzada toplam təxminən 75.000 etnik türkman məskunlaşmışdır.[6] Ancaq bundan əlavə də qeyd etmək lazımdır ki, qəzada yaşayan, özünü ərəb hesab edən çox sayda insan kökən olaraq türkmandırlar.[6] Qəzanın inzibati mərkəzi Tuzxurmatu şəhərində yaşayan türkmanların əksəriyyəti şiə, az qismi sünnidir, əksinə kəndlərdə yaşayanların isə çoxu sünni, az hissəi isə şiə müsəlmanlardır.[6] Qəzanın türkman əhalisi əsasən qədim Bayat boyundan törəmişdir.
Ən böyük yaşayış məntəqələri
redaktə- Tuzxurmatu şəhəri (ərəbcə: مدينة طوز خورماتو)
- Yengicə kəndi (ərəbcə: قرية ينكجه)
- Bastamlı kəndi (ərəbcə: قرية بسطمله)
- Çardaqlı kəndi (ərəbcə: قرية جرداغلو)
İstinadlar
redaktə- ↑ 1 2 3 "الوحدات الإدارية ومساحتها كما في 2009". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
- ↑ 1 2 3 Iraq population statistics Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine in GeoHive Global Statistics Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. United States of America, Arizona, Phoenix.
- ↑ مركز قضاء طوز خورماتو
- ↑ 1 2 ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi): Joint Analysis Unit (JAU): Salah al-Din Governorate Profile Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine – July 2009
- ↑ Orta Şərq Strateji Araşdırmalar Mərkəzi (türkcə: Ortadoğu Stratejik Araştırmalar Merkezi Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine)
- ↑ 1 2 3 4 ORSAM Arxivləşdirilib 2018-07-24 at the Wayback Machine (Ortadoğu Stratejik Araştırmalar Merkezi) Rapor No: 6, ORSAM-Ortadoğu Türkmenleri Programı Arxivləşdirilib 2018-02-22 at the Wayback Machine Rapor No: 2—Tuzhurmatu Türkmenleri: Bir başarı hikayesi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Kasım 2009, sayfa 5-7.