Tutiya - Wikipedia
Tutiya — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[1]
Kənd | |
Tutiya | |
---|---|
40°12′46″ şm. e. 44°47′06″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Qırxbulaq mahalı |
Rayon | Ellər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Tarixi
redaktəRayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dətəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim, bizcə, oğuzların üç-ox qolunun başında duran Dad bəy adlı İshaq oğlu Tuti (Dudu) şəxs adına[4] iyyə şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 21. VI. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Saranist qoyulmuşdur.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 280 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 568 nəfər, 1904 - cü ildə 493 nəfər, 1914 - cü ildə 554 nəfər, 1916-cı ildə 424 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1923-1925-cı illərdə burada xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
İndi ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.80
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.249
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.126
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44-45, 124-125