Turan Ovaligi - Wikipedia
Turan ovalığı və ya Turan düzənliyi — Mərkəzi Asiyanın və Cənubi Qazaxıstanın düzənlik hissəsidir.
Ümumi informasiya
redaktəTuran ovalığı Qazaxıstanın, Özbəkistanın(şimal sərhədlərində) və Türkmənistanın ərazisində yerləşmişdir. Düzənliyinin uzunluğu təxminən 2000 km-dir. Turan ovalığı Qərbi Sibir ovalığı ilə Turqay dərəsi ilə birləşir. Qazaxıstanın daxilində Sırdərya çayı Turan ovalığını iki hissəyə bölür. Ovalığın çox hissəsi Qaraqum Qızılqum, Muyunkum və başqa səhralarla əhatə olunur; bu yerdə hündürlük 922 metrə qədər təşkil edir.
Süni suvarma şəraitində əkinçilik inkişaf etmişdir; həmçinin ovalıqdan otlaq kimi istifadə olunur. Neft və təbii qaz (Mangistau neft-qaz rayonu) yataqları tapılmışdır.
Kəskin kontinental, yarımsəhra quru-çöl iqliminə malikdir. Cənub hissəsi subtropik iqlimdir.