Tsona Magarasi - Wikipedia
Tsona mağarası.
Haqqında
redaktəQafqazın paleolit düşərgələrindən biri də Tsona mağarasıdır. Mağara Cənubi Osetiya ərazisində olub, Kudaro mağara düşərgəsindən 5–6 km cənubda dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Mağarada qazıntı işləri 1958-1969-cu illər arası A.N.Kalandadzenin rəhbərliyi altında aparılmışdır. 1977-ci ildə isə bu abidədə qazıntı işlərinə D.M.Tuşabramişvili rəhbərlik etmişdir. Düşərgənin III-IV-V təbəqələrindən Mustye, VI-VII təbəqələrindən isə Aşel dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Tsona mağara düşərgəsinin çöküntü qalıqlarının ümumi qalınlığı 16 m-ə bərabərdir. Abidədən arxeoloji qazıntılar zamanı daş məmulatları və fauna qalıqları əldə edilmişdir. Əmək alətləri içərisində əl çapacaqları və kobud çapma alətləri çoxluq təşkil edir.
Mənbə
redaktəİradə Avşarova, Qənirə Pirquliyeva. Qafqaz arxeologiyası. Bakı,2010.