Tromb - Wikipedia
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır.
Metereoloji tromb
redaktəMetereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır. Böyük Britaniyada son illərə qədər qeydə alınmırdı, lakin indi ildə onlarla tromb hadisəsi baş verir. Meteoroloji trombun çoxalmasının əsas səbəbi ərazinin meşəsizləş- dirilməsi, geniş açıq sahələrin əmələ gəlməsi, yer səthinin qeyri-bərabər isinməsinin artması və iqlim anomaliyasıdır.[1]
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008