Tripidler - Wikipedia
Tripidlər fəsiləsi-(lat. Thripidae) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.
Tripidlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tripidlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüşü
redaktəBığcıqları 6-9 buğumludur. Son buğumlar ensiz olub, qrifel və ya stilus adlanır. Bığcığın 8-ci və 4-cü buğumlarının trixomaları, bir qayda olaraq cütdür və ümumi kökdən kənarlara ayrılır. Qanadları ensiz, ucları itidir. Qanadın kostal kənarında uzun tükcüklərdən saçaq vardır. Qabaq qanadda iki uzununa və bir kənar damar vardır. Qanadsız formalara da rast gəlinir. Yumurtaqoyan aşağı əyilmişdir. Sürfələrin bığcığı 6 buğumlu, yalnız Heliothripinae yarımfəsiləsində 7 buğumludur. 2-ci yaş sürfələrinin bığcığı 1-ci yaşa nisbətən daha az dartılmışdır. Sürfələrin önkürəklərində 4 önkənar, 2 cüt lateral və 6 arxakənar qıllar vardır.[3]
Həyat tərzi
redaktəNövlərlə zəngin olan Thrips cinsi (14 növ) mədəni bitkilərin ziyanvericisidir. Bu cinsdən ən təhlükəli növ – tütün tripsidir. Fəsilənin adi və geniş yayılmış nümayəndələri Fronulinella cinsinə aiddir. Məsələn, F. intonsa Trybon pambıq, dənli, meyvə-tərəvəz bitkilərinin, eləcə də bir çox alaq otlarının çiçəklərində qidalanır. Təbiətdə apreldən oktyabra qədər rast gəlinir.
Yayılması
redaktəMDB-də 129 növ, Azərbaycanda 7 cinsdən 32 növ yaşayır (Franklinella, Aptinothrips, Kareothrips, Thaeniothrips, Odontothrips, Thrips, Scolothrips cinsləri).
Təsnifatı
redaktəCinslər
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Mound L. A. Order Thysanoptera Haliday, 1836. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 201–202. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Ədəbiyyat
redaktə- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004