Trencin Bolgesi - Wikipedia
Trençin diyarı (slovak. Trenčiansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları.
Trençin diyarı | |
---|---|
Trenčiansky kraj | |
48°53′39″ şm. e. 18°02′26″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Trеnçin |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 24 iyul 1996 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | SK-TC |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati bölünmə
redaktəTrençin diyarı "okres" adlanan 9 rayona bölünür:
Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin). Əhalinin etnik mənsubiyyəti
Əhalinin konfessional mənsubiyyəti
- katoliklər 71,9 %
- lüteranlar 9,6 %
- ateistlər 14,4 %
Kənd və qəsəbələr
redaktə- Diyara daxil rayonların sayı: 9
- Diyarda yerləşən şəhərlərin sayı: 18
- Bələdiyyələrin sayı: 275 (şəhərləri saymadıqda 257)
Ən böyük şəhərlər
redaktə- Trençin – 60 010
- Prievidza – 52 070
- Povajska Bistritsa – 42 490
Qalereya
redaktə-
Bezovets, Povajski İnovets dağlarına bir mənzərə
-
Halatsovtse
-
Miyava şəhərinin mərkəzi
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Počet obyvateľov podľa pohlavia vo všetkých krajoch SR k 1. 1. 2021 (словацк.). Bratislava: ŠÚ SR.
Xarici keçidlər
redaktə- Homepage des Kraj-Rathauses Arxivləşdirilib 2018-09-29 at the Wayback Machine