Transaksiya Xercleri - Wikipedia
Transaksiya_xərcləri - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Transaksiya xərcləri - mübadilə prosesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclərdir. [1]
İlk dəfə iqtisadi ədəbiyyatda transaksiya xərcləri termini Nobel mükafatı laureatı R.Kouz tərəfindən işlədilmiş və müasir institusional nəzəriyyədə geniş tətbiqini tapmışdır [2]. Transaksiya xərclərinin 5 əsas növü mövcuddur: [1]
1. İnformasiyanın əldə edilməsi ilə bağlı xərclər;
2. Müqavilələrin və danışıqların aparılması ilə bağlı xərclər;
3. Qiymətləndirmə və gözləmə effekti ilə bağlı xərclər;
4. Mülkiyyət hüququnun qorunması ilə bağlı xərclər;
5. Opportunist fəaliyyətlə bağlı xərclər.
Transaksiya xərcləri mübadilə prosesinə qədər, mübadilə prosesində və ondan sonra baş verə bilər.