Truqve Halvdan Li - Wikipedia
Trüqve Halvdan Li (norv. Tryqve Halvdan Li; 16 iyul 1896[1][2][…] – 30 dekabr 1968[1][2][…]) — Norveç siyasətçisi. 1946–1952-ci illərdə BMT-nin 1-ci Baş katibi.
Trüqve Halvdan Li | |
---|---|
norv. Tryqve Halvdan Li | |
BMT-nin 1-ci Baş katibi | |
2 fevral 1946 – 10 noyabr 1952 | |
Sonrakı | Daq Hammarşeld |
Şəxsi məlumatlar | |
Doğum adı | Trygve Halvdan Lie |
Doğum tarixi | 16 iyul 1896[1][2][…] |
Vəfat tarixi | 30 dekabr 1968[1][2][…] (72 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, hüquqşünas, vəkil |
Həyat yoldaşı | |
Uşağı | 3 |
Dini | lüteranlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəLi 16 iyul 1896-cı ildə Kristianiyada anadan olmuşdur. Dülgər olan atası Martin Li 1902-ci ildə ailəsini tərk edərək ABŞ-yə köçür və bir daha ondan xəbər çıxmır. Anası Hulda Oslo yaxınlığındakı Qrorurda pansion idarə edirdi. Li 1911-ci ildə İşçi Partiyasına qoşulur və 1919-cu ildə Oslo Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra partiyanın katibi olur. O, 1921-ci ildə Hyordis Yorqensenlə ailə həyatı qurur. Bu nikahdan onların Sissel, Quri və Mitti adlı 3 qizları olmuşdur.
Siyasi fəaliyyəti
redaktəLi 1919–1921-ci illərdə "20-ci əsr" qəzetində şef redaktor kimi fəaliyyət göstərib. 1922–1935-ci illər arasında İşçilərin Milli Ticarət İttifaqında (1957-ci ildən Norveç Ticarət İttifaqı Konfederasiyası) hüqüq məsləhətçisi kimi işləmiş, 1931–1935-ci illərdə Norveç İçcilərinin İdman Konfederasiyasına rəhbərlik etmişdir.
Yerli siyasətdə o Akershusun yerli idarəetmə şurasının icraiyyə komitəsinin üzvü olmuşdur. 1937-ci ildə Li Akershusdan Norveç Parlamentinə seçilir. 1935-ci ildə Coan Niqardsvold tərəfindən formalaşdırılan İşçi Partiyasının hakimiyyəti zamanı, Li Ədliyyə naziri təyin olunur. 1939-cu ilin iyulunda Ticarət naziri, elə həmin ilin oktyabrında isə Təchizat naziri təyin edilir. 1935-ci ildə o, SSRİ-dən qovulmuş Lev Trotskinin Norveçdə yaşamasına icazə verilməsinə tərəfdar çıxmışdı.
1940-cı ildə Norveçin Nasist Almaniyası tərəfindən işğalı zamanı Li Norveç gəmilərinin Müttəfiq limanlarına üzməsini əmr etmişdi. 1941-ci ildə o, mühacirətdəki Norveç hökumətinin Xarici işlər naziri olur və 1946-cı ilə kimi bu vəzifədə qalır.
Birləşmiş Millətlər Təşkilatında fəaliyyəti
redaktəLi 1946-cı ildə BMT-nin San-Fransiskodakı konfransına Norveç nümayəndə heyətinin başçısı kimi getmişdi. 1 fevral 1946-cı ildə əsas qüvvələrin güzəşti nəticəsində Li BMT-nin ilk Baş katibi seçilir.
Baş katib kimi Li İsrail ve İndoneziya dövlətlərinin yaradılmasını dəstəkləmişdi. O, Sovet qüvvələrinin İrandan çıxması və Kəşmirdə sülhün bərqərar olması üçün də çalışmışdır. Cənubi Koreyanın müdafiəsinə dəstək verdiyi üçün Li Sovetlər Birliyinin qəzəbinə tuş gəlmişdi. O, həmçinin Berlinin blokadası zamanı aparılan danışıqlardakı uğursuzluğuna və Koreya müharibəsinin uzanmasına görə tənqid olunurdu. Onun tənqidçiləri iddia edirdilər ki, o, bəzi dövlətlərin təsiri altındadır. Siyasi fəaliyyətiylə yanaşı Linin lovğalığı və inadkarlığı da tənqid obyektinə çevrilmişdi.
1950-ci ildə Sovetlər Birliyinin etirazıyla bağlı BMT Baş Assambleyasının İclasında səsvermə keçirildi. 46 səs lehinə olmaqla Linin vəzifəsini davam etdirməsinə səs verildi. Sesvermə Təhlükəsizlik Şurasında ABŞ-nin Lidən başqa namizədləri rədd etməsi, Sovet İttifaqının isə Koreya müharibəsinə müdaxiləsinə görə Liyə etirazının nəticəsi idi. SSRİ Lini Baş katib kimi tanımaqdan imtina etdi. Li 10 noyabr 1952-ci ildə vəzifədən uzaqlaşdı.
BMT-dən sonra
redaktəLi BMT-dən uzaqlaşdıqdan sonra Norveç siyasi həyatında aktiv fəaliyətini davam etdirdi. O, Oslo və Akershusun əyalətlərinin idarəçisi, Sənaye naziri və Ticarət və Gəmiçilik naziri kimi fəaliyyət göstərmişdi. O bir çox kitabların da müəllifidir. Li heç vaxt geniş məşhurluğa çatmadı. Sadəcə praqmatik və determinist siyasətçi imici qazandı.
Tryuqve Halvdan Li 30 dekabr 1968-ci ildə, 72 yaşında ürək tutmasından Norveçdə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Trygve Halvdan Lie // Norsk biografisk leksikon (бук.). Kunnskapsforlaget. ISSN 2464-1502
- ↑ 1 2 Norsk biografisk leksikon (бук.). Kunnskapsforlaget. ISSN 2464-1502
- ↑ Lie, Trygve // Çex Milli Hakimiyyət Məlumat bazası.
Xarici keçidlər
redaktə- BMT Baş katibi rəsmi tərcümeyi-halı
- Trügve Li qalereyası Arxivləşdirilib 2011-09-30 at the Wayback Machine – Nyu-York