Tokionun Xususi Rayonlari - Wikipedia
Tokionun xüsusi rayonları (特別 区, tokubetsu-ku?) – Yaponiyanın paytaxtı Tokionun şərqində yerləşən və nüvəsini təşkil edən 23 rayon. Rayonlar 1943-cü ildə ləğv edilən köhnə Tokio şəhərinin olan sahəsini əhatə edir. Yapon dilində 23 rayon (23 区 nicüsan-ku) olaraq bilinir.
Tokionun xüsusi rayonları | |
---|---|
35°40′36″ şm. e. 139°45′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1943 |
Sahəsi | 623 km² |
Əhalisi | |
Əhalisi | 9,214,130 nəfər (1 may 2015) |
Vikianbarda əlaqəli mediafayllar |
"Xüsusi" sözü bu rayonların başqalarından fərqli olduğunu bildirir. 1943-cü ilə qədər Tokio şəhərinin rayonları Osaka və ya Kyoto rayonlarından fərqlənmirdilər. 15 mart 1943 tarixində Tokio şəhər və qubernatorluq hökumətləri birləşdirildi və rayonlar birbaşa qubernatorluğun rəhbərliyi altına keçdi. 15 mart 1947 tarixində Yerli Muxtariyyət Qanununun çıxmasından əvvəl rayonların sayı 35-dən 22-yə düşdü. 23-cü rayon Nerima 1 avqust 1947-ci ildə İtabaşidən ayrılaraq yarandı.
Hər rayonun öz meriyası və şurası var.
Rayonlar arasında sahə (10-dan 60 km² qədər) və əhali (40,000 -dən 830,000-ə qədər) baxımından böyük fərqlər var. Ən böyük sıxlığı olan Setaqaya ərazisinə görə ən böyük olan Otanın yanında yerləşir.
1 oktyabr 2010 tarixinə etibarən 23 xüsusi rayonun ümumi əhalisi 8.949.447 adamdır, bu, Tokio əhalisinin üçdə ikisini və Böyük Tokionun dörddə birini təşkil edir.
Tokionun xüsusi rayonlarının siyahısı
redaktəRayon | Kanci | Əhali (2014) |
Sıxlıq (/km²) |
Ərazi (km²) |
Əsas rayonlar |
---|---|---|---|---|---|
Adaçi | 足立区 | 689,843 | 12,967 | 53.20 | Ayase, Kitasencu, Takenotsuka |
Arakava | 荒川区 | 207,714 | 20,364 | 10.20 | Arakava, Maçiya, Nippori, Minamisencu |
Bunkyo | 文京区 | 215,701 | 19,072 | 11.31 | Honqo, Yayoi, Hakusan |
Çiyoda | 千代田区 | 53,372 | 4,585 | 11.64 | Naqataço, Kasumiqaseki, Otemaçi, Marunouçi, Akihabara, Yurakuço, İidabaşi |
Çuo | 中央区 | 138,840 | 13,639 | 10.18 | Nihonbaşi, Kayabaço, Qinza, Tsukici, Hatçobori, Şinkava, Tsukişima, Kaçidoki, Tsukuda |
Edoqava | 江戸川区 | 679,018 | 13,618 | 49.86 | Kasay, Koyva |
İtabaşi | 板橋区 | 543,060 | 16,881 | 32.17 | İtabaşi, Takaşimadayra |
Katsuşika | 葛飾区 | 442,836 | 12,711 | 34.84 | Tateyşi, Aoto, Kameari, Şibamata |
Kita | 北区 | 338,664 | 16,448 | 20.59 | Akabane, Oci, Tabata |
Koto | 江東区 | 482,945 | 12,077 | 40.0 | Kiba, Ariake, Kameydo, Toyoço, Monzennakaço, Fukaqava, Kiyosumi, Şirakava, Etçucima, Sunamaçi, Aomi |
Mequro | 目黒区 | 276,026 | 18,777 | 14.70 | Mequro, Nakameuro, Ciyuqaoka |
Minato | 港区 | 218,204 | 10,728 | 20.34 | Odayba, Şinbaşi, Şinaqava, Ropponqi, Toranomon, Aoyama, Azabu, Hamamatsuço, Tamaçi |
Nakano | 中野区 | 319,658 | 20,504 | 15.59 | Nakano |
Nerima | 練馬区 | 722,919 | 15,011 | 48.16 | Nerima, Oyzumi, Hikariqaoka |
Ota | 大田区 | 707,347 | 11,707 | 60.42 | Omori, Kamata, Haneda, Den-en-çofu |
Setaqaya | 世田谷区 | 899,286 | 15,484 | 58.08 | Setaqaya, Kitazava, Kinuta, Karasuyama, Tamaqava |
Şibuya | 渋谷区 | 214,763 | 14,213 | 15.11 | Şibuya, Ebisu, Haracuku, Hiroo, Sendaqaya, Yoyoqi |
Şinaqava | 品川区 | 374,823 | 16,497 | 22.72 | Şinaqava, Qotanda, Osaki, Hatanodai, Oimachi |
Şincuku | 新宿区 | 335,320 | 18,394 | 18.23 | Şincuku, Takadanobaba, Okubo, Kaqurazaka, İçiqaya |
Suqinami | 杉並区 | 557,883 | 16,399 | 34.02 | Koenci, Asaqaya, Oqikubo |
Sumida | 墨田区 | 255,524 | 18,584 | 13.75 | Kinşiço, Morişita, Ryoqoku |
Tayto | 台東区 | 185,057 | 18,359 | 10.08 | Ueno, Asakusa |
Toşima | 豊島区 | 294,351 | 22,625 | 13.01 | İkebukuro, Komaqome, Senkava, Suqamo |
Ümumilikdə | 9,153,154 | 14,692 | 622.99 |