Tokio Korfezi - Wikipedia
Tokio körfəzi (yap. 東京湾) — Sakit okeanın Yaponiya sahillərində erləşir. Körfəzin sahilində dünyanın ən böyük aqlomerasiyalarından biri yerləşir[1][2][3][4][5]. Burada 33 milyon insan yaşayır. Şimaldan cənuba uzunluğa 60 km, şərqdən qərbə olan məsafə isə 40 km təşkil edir. Burada həmçinin Asiyanın ən böyük limanlarlnda biri yerləşir. Körfəzi okeandan Boso yarımadası ayırır.
Tokio körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Sahəsi |
|
Yerləşməsi | |
35°25′00″ şm. e. 139°47′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəKörfəzin sahəsi 1 320 km² təşkil edir. Körfəzə Tama, Ara, Edo və Surumi çayları axır. Körfəzi okeanla birləşdirən boğazın darlığı və bura çixlu sayda çayların tökülməsi suyunu nisbətən şirin edir. Köfəzin şimali yosunlar və su bitkiləri ilə zəngindir. Cənubda isə suyu şordur. Üstəlik bu hissə isti Kurosio cərəyanının təsirinə məruz qalır. Bölgədə çoxlu sayda balıq növlərinə rast gəlmək olar.
XIX-XX əsrlərdə körfəzdə çoxlu sayda süni adalar inşa edilmişdir. Körfəzdə yegnə təbii ada Kanaqava prefekturası ərazisinə daxil olan Saru adalarıdır.
İnfrastruktura
redaktəKörfəzdə Tiba, Kavasaki, Yokosuka, Tokio, Yokoqamı və Kisaracu limanları yerləşir. Yokosuka limanında ABŞ hərbi dəniz bazası və Yaponiya dəniz qüvvələrinin hərbi hissəsi yerləşir.
Körfəzin sahilləri Kanaqava, Tokio və Tiba prefekturaları ərazisinə daxildir. XIX əsrdən körfəzin sahilində iqtisadi mərkəzlər fəaliyyət göstərir.
Tarixi
redaktə5–4 min il öncə Tokio körfəzi indiki ərazisindən böyük olmuşdur. Hətta Kanto düzəniliyi razisinidə əhatə edirdi.
14–16 əsrlərdə körfəzdə aktiv şəkildə dəniz piratları fəaliyyət göstərməmişdir. 16–19 əsrlər ərzində isə Tokio körfəzi Edo dənizi adlanırdı.
2 sentyabr 1945 ildə ABŞ ilə Yaponiya arasında Missuri linkorunda Yaponiyanın danışıqsız təslim olma aktı imzalanmışdır.
Mənbə
redaktə- 100 növ, Tokio korfəzi. Arxivləşdirilib 2008-03-16 at the Wayback Machine (yap.)
- Tokio körfəzinin interaktiv xəritəsi. (yap.)
- Endo Suyusi. Tokio körfəzi // Coğrafi jurnal. 2004 Arxivləşdirilib 2005-12-22 at the Wayback Machine (yap.)
- Tokio körfəzinin sahilində ekoloji vəziyyət (yap.)
İstinadlar
redaktə- ↑ Tokyo Bay // Encyclopedia of Japan. Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
- ↑ 東京湾 // Dijitaru Daijisen (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
- ↑ 東京湾 // Nihon Kokugo Daijiten (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
- ↑ 千葉県:総論 > 東京湾 // Nihon Rekishi Chimei Taikei (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 173191044. dlc 2009238904. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
- ↑ 東京湾 // Nihon Daihyakka Zensho (Nipponika) (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 153301537. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.