Tofiq Haciyev Nazir - Wikipedia
Tofiq İsmayıl oğlu Hacıyev (1 may 1936, Soltanlı, Cəbrayıl rayonu – 27 noyabr 2015, Bakı) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014)[1], Azərbaycan Respublikasının maarif naziri (1993)[2].
Tofiq Hacıyev | |
---|---|
Tofiq İsmayıl oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Soltanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | Azərbaycan ədəbi dil tarixi, türkologiya, dialektologiya |
Elmi dərəcələri | filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü |
Elmi adı | akademik |
İş yeri | AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
www.tofiqhaciyev.az |
Həyatı
redaktəTofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3].
27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.[4] İkinci Fəxri Xiyabanda dəfn olunub.[5]
Elmi fəaliyyəti
redaktəTofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.
"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.
Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, "Satira dili" (1975), "Yazıçı dili və ideya-bədii təhlil" (1979), "Molla Nəsrəddin"in dili və üslubu" (1983), "Füzuli: dil sənətkarlığı" (1994) kitabları çap olunub. Orta məktəblər üçün "Türk dili" (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), "Türk dili" (X–XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilib. O, mərhum professor Hadı Mirzəzadənin "Tarixi Qrammatika" dərsliyini yenidən çapa hazırlayarkən kitabda olmayan "Zərf" və "Ədat" bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə Azərbaycan və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr edib. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.
Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri "Dədə Qorqud" seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı. Birinci seminarın materialları ADU-nun "Elmi əsərləri"nin (dil və ədəbiyyat seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub (ikinci seminarın materialları isə həmin jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu tədqiqat onun "Dədə Qorqud"la bağlı gələcək axtarışlarında ilk addımı idi. "Azərbaycan ədəbi dili tarixi" (1976) kitabında "Kitabi-Dədə Qorqud"dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.
Əsas əsərləri və tərcümələri
redaktə- 1975, Satira dili. B.: ADU nəşri, 178 s
- 1976, Azərbaycan ədəbi dili tarixi. B.: ADU nəşri, 155 s
- 1977, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. B.: Maarif, 188 s
- 1979, Yazıçı dili və ideya-bədii təhlil. B.: Maarif, 130 s
- 1980, Sabir: qaynaqlar və sələflər. B.: Yazıçı, 175 s
- 1983, Azərbaycan dili tarixi. B.: Maarif, 188 s. (K. Vəliyevlə şərikli)
- 1983, "Molla Nəsrəddin"in dili və üslubu. B.: Yazıçı, 267 s
- 1987, Azərbaycan ədəbi dili tarixi, 2-ci hissə. B.: Maarif, 293 s
- 1990, Şe’rimiz, nəsrimiz, ədəbi dilimiz. B., 360 s
- 1992, Azərbaycan dili. B.: Elm, 199 s. (Z. Budaqova ilə şərikli)
- 1994, Füzuli: dil sənətkarlığı. B.: Gənclik, 70 s
- 1997, Murad Adci. Qıpçaq çölünün yovşanı. B, 194 s
- 1999, Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı, Yeni nəşrlər evi, 213 s
- 2002, B. A. Serebrennikov və N. Z. Hacıyevanın "Türk dillərinin müqayisəli tarixi qrammatikası" kitabının tərcüməsi. Bakı, 380 s
- 2004, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), I cild, Bakı: Elm, (şərikli)
- 2005, Azərbaycan dili. 10 sinif dərsliyi. 143 s. (şərikli)
- 2005, Azərbaycan dili. 11 sinif dərsliyi. 162 s. (şərikli)
- 2005, Mikayıl Baştunun "Şan qızı dastanı" və poetikası. Bakı: Təhsil, 310 s
- 2005, M. Adcı. Türklər və dünya: gizli tarix (Ruscadan tərcümə, 250 s. Bakı,
- 2007, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), II cild, Bakı: Elm, (şərikli)
- 2008, Seyid Əhməd Cəmaləddin ibn Mühənna. Hilyətül-insan və həlbətül-lisan. Bakı, 143 s.
- 2012, Azərbaycan ədəbi dilinin tarixi. İki cilddə. Bakı. "Elm", 2012.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2015-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
- ↑ "T.İ. Hacıyevin Azərbaycan Respublikasının maarif naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
- ↑ "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.
- ↑ "Azərbaycanda institut direktoru qazdan boğulub öldü". 2015-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
- ↑ Akademik Tofiq Hacıyev II Fəxri Xiyabanda dəfn edildi
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- tofiq-haciyev.com — Rəsmi saytı
- [1] (az.)
- http://www.azerbaijan-news.az/index.php?mod=3&id=84422
- http://525.az/site/?name=xeber&news_id=46863
- http://report.az/elm-ve-tehsil/1300-il-evvelki-formasi-bu-qeder-mukemmel-olan-dil-yoxdur/
- Tofiq Hacıyevin müsahibəsi
- Sərvər Şirin: Tofiq Hacıyevi xatırlayarkən