Tofiq Huseynov Alim - Wikipedia
Tofiq Həsən oğlu Hüseynov (27 dekabr 1937, Şəlvə, Laçın rayonu) — Azərbaycan iqtisadçısı, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, "Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor.
Tofiq Hüseynov | |
---|---|
Tofiq Həsən oğlu Hüseynov | |
1992 – 28 oktyabr 1992[1] | |
Nazir | Saleh Məmmədov |
Əvvəlki | Eldar Şahbazov |
Sonrakı | Fikrət Yusifov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1937 (86 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | iqtisadçı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
|
|
Təltifləri | “Əmək veteranı”, “Rəşadətli əməyə görə” medalı, Azərbaycan Respublikasının "Əməkdar iqtisadçı"sı, “Tərəqqi” medalı [2] |
Həyatı
redaktəTofiq Həsən oğlu Hüseynov 1937-ci ildə Laçın rayonunun Şəlvə kəndində anadan olmuş, 1960-cı ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin iqtisadiyyatı" fakültəsini bitirmiş və "İqtisadçı" ixtisası verilmişdir. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikintinin İqtisadiyyatı İnstitutunun əyani aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək Bakı şəhərinə qayıtmışdır. 1967–1980-ci illərdə Azərbaycan Respublikasının Dövlət Plan Komitəsinin elmi-tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsində işləmişdir. 1980–2000-ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində şöbə müdiri işləmişdir. 1988-ci ildə Tofiq Hüseynova Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə təşəkkür elan edilmiş və mükafatlandırılmışdır. T. Hüseynov investisiya-tikinti kompleksinin iqtisadi problemlərinə həsr edilmiş 130-dan çox əsərin, o cümlədən, 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir. Elmi-tədqiqat işləri investisiya tikinti kompleksi, iqtisadiyyatın diversifikasiyası, iqtisadi-sosial səmərəlilik problemləri ilə bağlıdır. Tofiq Hüseynov "Azərbaycan Milli Ensiklopediyası"nda məqaləsi ("tikinti") dərc edilmiş müəlliflərdən biridir. Son 4 ildə ölkənin iqtisadi və sosial inkişaf problemlərinə həsr olunmuş 14 məqaləsi "Azərbaycan" və "Respublika" qəzetlərində nəşr edilmişdir. 2000-ci ildən AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri vəzifəsində çalışır, iqtisad elmləri doktorudur, baş elmi işçi (dosent) elmi ada layiq görülmüşdür. T. Hüseynov "Əmək veteranı" , "Rəşadətli əməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilmiş, Azərbaycan Respublikasının əməkdar iqtisadçısıdır. 1996–2009-cu illərdə Azərbaycanın Milli iqtisadi inkişaf modelinə həsr olunmuş məqalələri nəşr edilmişdir. "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın müasir durumunun qiymətləndirilməsi və investisiya siyasəti" mövzusunda araşdırma aparmış, onun əsasında təhriri məruzə hazırlamış, AMEA Rəyasət Heyətində məruzə ilə çıxış etmişdir. Məruzə bəyənilmiş, İqtisadi İnkişaf, Sənaye və Energetika Nazirliyinə təqdim edilmiş və müsbət qiymətləndirilmişdir.
Elmi fəaliyyəti
redaktə- "Azərbaycanda investisiyalar: gəlirlər, investisiyalar, sənayeləşdirmə, məşğulluq", "Elm" nəşriyyatı, Bakı, 2009
- Крупнопанельное домостроение в Азерб ССР Издво "Азернешр", Баку. 1976
- "Azərbaycan iqtisadiyyatı" "Elm", Bakı. 2003
- Azərbaycanda bazar sisteminin iqtisadi problemləri. AMEA, "Elm", Bakı. 2004
- Эффективность основных фондов Строительства в Азерб. ССР Издво "Азернешр", Баку. 1981
- İnkişaf etmiş ölkələrdə makroiqtisadi tənzimlənmə təcrübəsi Jurnal "Audit və iqtisadiyyat", № 2 B. 2005, s. 5–13
- İnvestisiyaların iqtisadi tənzimləmə vasitələrinin gücləndirilməsi istiqamətləri. AMEA, Xəbərlər, Humanitar və ictimai elmlər seriyası, № 1, B., 2005, s.97–113
- Azərbayganın iqtisadi qurumunun qiymətləndirilməsi və investisiya siyasəti "Dirçəliş-XXI əsr" jurnalı, B., 2006, s.272–284, № 94–95
- "İnvestisiyaların stimullaşdırılması və vergi siyasəti". Jurnal, "Vergi xəbərləri", B.,2008, № 2
- Qlobal iqtisadi böhran və investisiyalar. "Modernləşdirmə və sosial-iqtisadi inkişafın regional problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları B.,2009, s.211–220
- Sahibkarlığın investisiya təminatının tənzimlənməsi məsələləri "Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və beynəlxalq təcrübə", ümumi Respublika nəzəri-praktiki konfransın materialları, B., 2006, "Beynəlxalq universitet nəşriyyatı", s.33–39
- Xarici amillərdən asılılığı minimuma necə endirmək olar "Azərbaycan" qəzeti, 18.05.2006
- Yeni inkişaf mərhələsi yeni iqtisadi siyasətə əsaslanır. Yeni inkişaf mərhələsi yeni iqtisadi siyasətə əsaslanır. İdxalı əvəzedən, yoxsa ixrac yönümlü iqtisadi siyasət "Azərbaycan" qəzeti, 03.06.2006
- Milli prioritetlərin seçilməsi "Azərbaycan" qəzeti, 29.06.2006
- Tarazlı iqtisadi inkişafın investisiya təminatının aktual məsələri "Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində: uğurlar, problemlər, təkliflər", elmi-praktiki konfransın materialları, s. 29–42, B., "Elm", 2006
- Azərbaycanın milli iqtisadi inkişaf modeli və onun xüsusiyyətləri AMEA, Xəbərlər, Humanitar və ictimai elmlər seriyası, 2006, № 2, B., "Elm", s.47–66
- Elmin inkişaf strategiyası və yüksək ixtisaslı elmi kadrların hazırlanması "Azərbaycan"qəzeti, 20.12.2009
- Görkəmli alim, mahir təşkilatçı "Elmə həsr olunmuş şərəfli ömür", "Elmi-nəzəri konfransın materialları", B., 2010, s.15
- Heydər Əliyev və Azərbaycanda investisiya-tikinti kompleksinin inkişafı, "Ümumi lider Heydər Əlirzə oğlu Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfransların materialları", B., 2009, AMEA İqtisadiyyat İnstitutu.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ T.H. Hüseynov haqqında[ölü keçid]
- ↑ https://president.az/articles/303 Arxivləşdirilib 2014-08-29 at the Wayback Machine29