Togrul Bagirov - Wikipedia
Toğrul Bağırov (Toğrul Adil oğlu Bağırov ; d. 1954, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 yanvar, 2019. Moskva[1]) — Rusiya alimi; Siyasi elmlər doktoru, professor. Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü.
Toğrul Bağırov | |
---|---|
Bağırov Toğrul Adil oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Siyasi elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu |
Mükafatları |
Həyatı
redaktəBağırov Toğrul Adil oğlu 1954-cü il mayın 6-da Bakıda anadan olub. 1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dəki səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib. 1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.[2]
1993-1996-cı illərdə energetika sahəsində “Resursların istismarı” beynəlxalq konsaltinq kompaniyasının prezidenti olub. 1994-cü ildən Rusiya Federasiyasının yanacaq və energetika nazirinin xüsusi müşaviri, bir sıra nəhəng neft-qaz kompaniyalarının (“Qazprom”, “LUKoyl”, “Transneft”, “Zarubejneft”, “Tatneft”) məsləhətçisi, ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatları olan Rusiya-Amerika, 1996-cı ildən Moskva beynəlxalq neft-qaz klubunun icraçı vitse-prezidentidir. 1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası hökuməti sədrinin ştatdankənar məsləhətçisidir.
T.Bağırov 1997-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. O, “Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Davos və Zaltsburq Ümumdünya İqtisadi Forumunun, Rusiya-OPEC dialoqunun iştirakçısı, 1998-ci ildən Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvüdür. 2000-ci ildə T.Bağırov ARİŞ-in Rusiya analoqu olan Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının Qəyyumluq Şurası sədrinin müavini seçilib. O, “İncəsənət aləmi” beynəlxalq humanitar təşkilatının, Sankt-Peterburqun Mariinsk opera və balet teatrının müşahidə şuralarının üzvü, Rusiya Beynəlxalq Nobellər irsi fondunun təsisçisidir.
2004-cü ildə “1990-cı illərdə Rusiya-Amerika münasibətləri kontekstində Rusiyanın neft-qaz sektorunda islahatların beynəlxalq əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
O, “Mejdunarodnaya jizn”, “Amerika”, “Neft Rossii” jurnallarının daimi müəllifidir. “Böyük səkkizlik” ölkələrinin energetika nazirlərinin birinci görüşü barədə külliyyatın 1988-ci il nəşri üzrə proqram komitəsinin koordinatorudur. Rusiya Dövlət Duması və ABŞ Konqresi arasında dialoqa dəstək ictimai qrupunun üzvü, energetika üzrə Duma-Konqres böyük qrupunun yaradılmasının təşəbbüskarıdır.
T.Bağırovun dərc olunmuş işləri arasında “Rusiya və OPEC ölkələri - əməkdaşlığın perspektivləri”, “Rusiyanın xarici siyasətində neft və qaz”, “1990-cı illərdə Rusiyanın neft-qaz sektorunda iqtisadi dəyişikliklərin beynəlxalq əhəmiyyəti” mövzusunda monoqrafiya və s. yer alır.
İstinadlar
redaktə- ↑ "Скончался известный ученый, бизнесмен и филантроп Тогрул Багиров". 2019-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.