Titanin Sirenalari - Wikipedia
Titanın sirenaları (ing. The Sirens of Titan) - Kurt Vonnequtun 1959-ci ildə nəşr olunmuş romanı.
Titanın sirenaları | |
---|---|
ing. The Sirens of Titan | |
Müəllif | Kurt Vonnequt |
Janr | elmi fantastika |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1959 |
Nəşr | 1959 |
Səhifə | 319 |
Məzmun
redaktə"Titanın sirenaları" zamanın, məkanın və insan şüurunun tən ortasından keçməklə onları bir-birinə birləşdirən və bəşər övadının keçmiş təcrübələrinə əsaslanan kosmik əsərdir. Yerin ən zəngin insanı Malaki Konstant, kosmik səyahətlər vasitəsilə müxtəlif yeni və ecazkar dünyalara səyahət etmək şansı əldə edir. Səyahət müddəti ərzində gözəl bir qadın, B, ona həmdəm olur. Sirlərlə dolu Vinston Nayls Rumfurd bir göz qırpımında Günəş sistemini gəzib dolaşır. Belə sadə təqdimatda görünməyən və yalnızca ABŞ yazıçısı Vonnequtun təxəyyülü ilə həyat qazana bilən bu kosmik macəra, təkcənə insan həyatının və cəmdə bəşər övladının həyatının mənası və bütün fəaliyyətlərinə quşbaxışını təmin edir.[1]
Əslində əsərin adı bir qədər düşündürür, çünki hadisələrin ən əsas və maraqlı hissəsi Mars planetində cərəyan edir. Romanın adında isə ən əsas tərəf "Titan"dır. Titan isə Saturn planetinin peykidir. Daha dəqiq, Titan Saturnun ən böyük peykidir. Titan Günəş sistemində Yerdən sonra yeganə yerdir ki, stabil və davamlı həyat forması əlamətlərinə rast gəlinib. Onun sıx nitrogen mənşəli atmosferi var və eynilə Yerdəki kimi çaylar, göllər və dağlara rast gəlmək mümkündür. Başqa bir maraqlı məlumat kimi onu da qeyd etmək olar ki, peyk 1655-ci ildə Kristian Hyügens adlı alman astronom tərəfindən kəşf edilib.[1]
Vonnequt belə bir əsər yazmaqla və güclü obrazlar yaratmaqla məna axtarışını bilavasitə özləri vasitəsilə icra edən nümunələr ortaya qoyub. Bu obrazların həyatı hələ kəşf olunmamış planetlər kimi eqzotik və sirlidir. Məsələn, Vinston Nayls Rumfurd zaman və məkanda teleportasiya etmək bacarığına malik olan birisidir. Onun xrono-sinklastik infundibulum vasitəsilə möcüzələr etmək bacarığı və möhtəşəmliyi ona Günəş sistemində allahlıq etməyə haqq qazandırır.[1]
Əsərin ağır artilleriyası məhz Vinston Nayls Rumfurddur. Minlərlə insanı əsir alıb Mars planetində Yerə hücum etmək üçün yetişdirən Vinston Nayls Rumfurd, sadəcə müharibə-müharibə fikrindən uzaq olub, bəşəriyyəti tək və yek təhlükə qarşısında birləşdirmək, insan qırğınının necə də utancverici olduğunu göstrəmək niyyətindədir. Vinston Nayls Rumfurd bütün hamının qabağında varlı Maliki Konstantı Titana yollayır ki, dünyanın bütün şəri, haqsızlığı və pislikləri də onunla birlikdə Yerdən kənarlaşsın. Bu "təmizlənmə" şou xarakterli olub hər iki tərəfin sintetik dəyərlərini özündə ehtiva edir. Dini motivlər sadəcə bununla bitmir.[1]
Cənab Vinston Nayls Rumfurd heç də alturist deyil. Onda müəyyən yaxşı tərəflər də var, amma yenə də bu kifayət qədər mübahisəli məqamdır. O, arvadını bakirəliyini qoruduğu üçün cəzalandırmaq istəyir. Burada Məryəmə olan işarələr və xristianlığa olan modernizm yanaşması var. Əsərin sonu insanın birbaşa və vasitəsiz olmaq şərtilə özünə, içinə, qəlbinə və ruhuna baxmağa dəvət edir. Bir-bir obrazların əsərin sonunda haradan hara gəlib çatdıqları haqqında yazsam, çox çəkər. Ona görə də ümumi cümlələrlə, fəlsəfi xülasə çıxarmaq daha məqsədəuyğundur. İstər böyük bir zarafat olsun, istərsə də ölümünə ciddi bir məsələ, həyat bizim hansı yol ilə getməyimizdən başqa bir şey deyil.[1]
Çətin olsa da, həqiqi mənliyimizi axtarıb tapmaq, ona qərq olmaq və gündəliyimizi onunla doldurmaq bizim kimiliyimizi müəyyənləşdirən ən əsas məqsəddir. Xeyirlə şərin kəsişməsində mövqe tutmağımız bizim üçün olduqca əlverişsiz mühit yaradıb. Buna baxmayaraq bizim hamımız eyni ehtiyaclar və özümüzə verməli olduğumuz eyni suallarla silahlanmışıq.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "N.İbrahimin bloqu - niftiyevibrahim.blogspot.com". 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.