Tim Kuk - Wikipedia
Tim Kuk (ing. Timothy Donald Cook; 1 noyabr 1960[1][2], Mobil, Alabama) — Stiv Jobsun 24 avqust 2011 tarixində Apple-ın CEO-luğundan ayrılmasından sonra təyin olunan CEO-su. Kuk Apple-da 1998-ci ildən işləyir.[3]
Tim Kuk | |
---|---|
ing. Tim Cook | |
Doğum tarixi | 1 noyabr 1960[1][2] (64 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | iş adamı, informatik, mühəndis, baş icraçı direktor, aparıcı, menecer |
apple.com/leadership/tim… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTim Kuk 1 noyabr 1960-cı ildə ABŞ-ın Alabama ştatında anadan olmuşdur[4]. 1982-ci ildə Auburn Universitetində sənaye mühəndisliyi üzrə bakalavr dərəcəsi, 1988-ci ildə isə Duke Universiteti Fuqua Biznes Məktəbində MBA dərəcəsi almışdır.O, dünyaca məşhur texnologiya şirkəti "Apple"in hazırkı baş icraçı direktoru (CEO) və texnologiya sənayesinin ən təsirli şəxslərindən biridir. Tim Kuk 2011-ci ildə "Apple"ın qurucusu və o zamankı CEO-su Stiv Cobsun ölümündən sonra bu vəzifəyə təyin olunmuşdur.[5]
Şəxsi həyatı
redaktəTim Kuk öz şəxsi həyatını diqqət[6] mərkəzində saxlamamağa çalışır[7], amma 2014-cü ildə LGBTQ+ icmasının bir üzvü olduğunu açıqladı. Bu, onu Fortune 500 şirkətlərindən birinə rəhbərlik edən ilk açıq gey CEO edir.[8]
Karyerası
redaktəKaryerasına "IBM"də başlamış və burada 12 il ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Daha sonra "Intelligent Electronics" şirkətində əməliyyatlar üzrə vitse-prezident və "Compaq" şirkətində korporativ materiallar üzrə vitse-prezident vəzifələrini icra etdi.[9]
Apple-da karyerası
redaktəTim Kuk, 1998-ci ildə Stiv Cobs tərəfindən "Apple"a cəlb edildi.[10]O zaman "Apple" maliyyə böhranında idi. Tim Kuk, "Apple"ın təchizat zəncirini və əməliyyat sistemlərini yenidən təşkil etməklə şirkəti xilas etməkdə mühüm rol oynadı.[11] "Apple"ın istehsal prosesini yenidən strukturlaşdırdı, səmərəliliyi artırdı və istehsalat xərclərini azaltdı.[12] Şirkətin təchizat zəncirindəki çatışmazlıqları aradan qaldırdı və məhsulun bazara çıxma sürətini artırdı[13]. Kukun rəhbərliyi altında Apple, dünyanın ən böyük texnologiya şirkəti və trilyon dollar dəyərində olan ilk şirkətlərdən birinə çevrildi. Kuk, "Apple"ın karbon neytral şirkətə çevrilməsi və ətraf mühitə uyğun məhsullar istehsal etməsi üçün ciddi addımlar atdı.[14] 2030-cu ilə qədər bütün təchizat zəncirinin karbon neytral olmasını hədəfləmişdir. Apple-ın xidmət sektoru genişləndi — Apple Music, Apple TV+, Apple Arcade, Apple Pay və iCloud kimi xidmətlər önə çıxarıldı.[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://www.nndb.com/people/694/000169187/.
- ↑ 1 2 Tim Cook // GeneaStar.
- ↑ Cotton, Katie; Dowling, Steve. "Steve Jobs Resigns as CEO of Apple: Tim Cook Named CEO and Jobs Elected Chairman of the Board" (Press-reliz). Apple Inc. August 25, 2011. November 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2017.
- ↑ Brownlee, John. "Who Is Apple's New CEO Tim Cook? [Bio]". Cult of Mac. August 25, 2011. October 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2017.
- ↑ "Tim Cook". Forbes. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2017.
- ↑ Auburn University Spring 2010 Commencement Speaker Tim Cook. Auburn University. May 14, 2010. August 26, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2011.
- ↑ Kane, Yukari. "The Job After Steve Jobs: Tim Cook and Apple". Wall Street Journal. March 2014. September 17, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2014.
- ↑ Walter Smyth. "Tim Cook Coming Into His Own". Mobility Digest. March 2, 2014. September 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2014.
- ↑ "Investor Relations – Investors – Corporate Governance". Nike. November 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2017.
- ↑ Mickle, Tripp. "How Tim Cook Made Apple His Own". Wall Street Journal (ingilis). August 7, 2020. ISSN 0099-9660. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2020.
- ↑ "Global 500". Fortune (ingilis). September 13, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
- ↑ "NFF Board Member Tim Cook Named CEO of Apple". National Football Foundation. August 25, 2011. November 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2017.
- ↑ "Apple's Tim Cook Is First Fortune 500 to Come Out as Gay". NBCNews.com. October 30, 2014. November 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2017.
- ↑ "Tim Cook B'88". Duke University. February 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2017.
- ↑ "Tim Cook plans to donate $800m fortune to charity before he dies". TheGuardian.com. March 27, 2015. April 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 4, 2018.