Tilia Americana - Wikipedia
Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amerika cökəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Amerika cökəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəAmerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir. Meyvələri yumru, açıq sarı rəngli, diametri 8-10 mm, quru qutucuqlardır.
Ekologiyası
redaktəAmerika cökəsi yumşaq iqlimi olan rayonlarda becərilə bilər.
Azərbaycanda yayılması
redaktəRespublıkamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
redaktəYarpaqları və çiçəkləri yeməlidir. Çiçəklərin aktiv maddələrinə flovonoidlər, efir yağları daxildir. Bol nektarı həşaratların müxtəlif növləri tərəfindən istifadə olunur. Taxta əşyaların, qatar korpuslarının düzəldilməsində istifadə edilir. Cökənin çiçəklərindən hazırlanan çay xoş qoxuya malikdir. Tərkibində büzücü təsirə malik olan taminlər vardır.
Sinonimləri
redaktə- Tilia americana var. americana[2]
Yarımnövləri
redaktə- Tilia americana f. fastigiata (Slavin) Rehder
- Tilia americana var. heterophylla (Vent.) Loudon
- Tilia americana var. mexicana (Schltdl.) Hardin
- Tilia americana f. praecox (A. Braun) V. Engl.
- Tilia americana var. vestita (A. Braun) V. Engl.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 514.
- ↑ Amerika cökəsi:''The Plant List saytında takson barədə məlumat. (ing.)