Tikanlicay - Wikipedia
Tikanlıçay — Türyançayın əmələ gətirdiyi qollardan biridir. Qəbələ rayonundan axır.
Tikanlıçay | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Uzunluğu | 56 km |
Hövzəsinin sahəsi | 125 km² |
Ümumi məlumat
redaktəUzunluğu 56 km, hövzəsinin sahəsi 125 km²-dir. Başlanğıcını Bazardüzüdağın cənub-qərb hissəsindən (3680 m) alır. Tikanlı kəndindən sonra çay iki müstəqil qola ayrılır. Sağ qol cənub-qərb istiqamətindən axır. Nəzərçay və Qalaçay (Ağçay) qovuşandan Sonra Türyançay adını alır. Sol qolu Durudaşçay adlanır və Bumçayla birləşir. İllik axımının 10–20%-ni qar, 20–35%-ni yağış, 50–60%-ni isə yeraltı sular təşkil edir. Mütləq hündürlüklərinin yüksək olması, kəskin parçalanma, çılpaq sahələrində genişliyi (50,8 km2), sərt yamaclar və dar dərələr geomorfoloji proseslərin intensivliyinə və sel ocaqlarının yaranmasına şərait yaradır.
Yazda qar, payızda yağış suları çayda daşqın əmələ gətirir. Yaz daşqını zamanı illik axımının 40–60%-i, payız daşqını zamanı isə 15–20%-i axır. Bəzi illərdə daşqınlar güclü sel hadisələrinə çevrilir.
Çayın orta illik su sərfi 3,20 kub m/san olur, bunun 26%-i yaz, 45%-i yay, 21 %-i payız, 8%-i isə qış fəslində keçir. İntensiv suvarma dövründə illik axımının 15–20%-i axıdılır.
Tikanlıçaydan suvarma işlərində geniş istifadə edilir.