Tibor Szamuely - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tibor Szamuely (27 dekabr 1890[1], Niredxaza[2][3] – 2 avqust 1919[2], Lixtenvört[d], Aşağı Avstriya[d]) — Macar kommunist siyasətçi, az ömür yaşamış Macarıstan Sovet Respublikasının rəhbərliyində təmsil olunmuşdur.
Tibor Samueli | |
---|---|
Doğum tarixi | 27 dekabr 1890[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 1919[2] (28 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncliyi
redaktəŞimali Macarıstandakı Nyíregyháza şəhərində yəhudi əsilli bir ailədə beş uşaqdan ən böyüyü olaraq dünyaya gəlmişdir. Universitet təhsilini 1908-ci ildə bitirdikdən sonra, Macarıstan Sosial Demokratlar partiyasına daxil olmuşdur. Eyni zamanda jurnalist fəaliyyəti ilə də, məşğul olurdu. Yazdığı məqalələrindən biri Avstriya-Macarıstan İmperiyası nümayəndələri tərəfindən təhlükəli hesab edilmiş və həbs edilmişdir.
Dünya müharibəsi
redaktəBirinci Dünya müharibəsi başlayan zaman ordu sıralarına alındı. Rus cəbhəsində döyüşərkən 1915-ci ilin may ayında əsir düşür. Sibirdə yerləşən əsir düşərgələrindən birinə yerləşdirilir. Burda xüsusi ilə rus inqilabçılarının təsiri altına düşərək, müharibə əleyhinə fikirləri qəbul etdi. Oktyabr inqilabı ilə birlikdə bolşeviklərin fikirlərini mənimsəmiş və Rusiya ərazisində olan müharibə əsirlərinin bu sahədə maarifləndiriəsi vəzifəsini öz üzərinə götürdü. Bu dövrdə tanış olduğu Bela Kun ilə birlikdə işləməyə başladı.
Oktyabr inqilabının sıralarında
redaktəBolşeviklər tərəfindən azad edilmiş olan müharibə əsirləri ilə birlikdə öz azadlığını əldə etdikdən sonra, kommunist ideologiyasını mənimsəmiş olan Szamuely Moskvada Béla Kun ilə birlikdə Macarıstandan olan müharibə əsirlərini təşkilatlandırmağa çalışmışdır. Çoxlu macar bunun sayəsində Rusiya vətəndaş müharibəsi zamanı Bolşeviklərin sıralarında döyüşmüşdür.
Spartakus İttifaqı
redaktəSzamuely Almaniyaya gəlmiş və 1918-ci ilin dekabr ayında Karl Liebknecht və Rosa Luxemburg rəhbərliyində yaradılmış olan Almaniya Kommunist Partiyasının sələfi sayılan Spartakus İttifaqının strukturunda yer almışdır.
Macarıstanda
redaktəSzamuely ideyalarında və əməllərində militanlıq ideyalarını müdafiə etmişdir. 1919-cu ilin fevralında Budapeştdəki kommunistlərin dərgisi olan Vörös Újság (Qızıl Xəbərlər) qəzetindəki yazısında, hökumət əleyhinə olan yazılarında proletariatın əks-inqilabçıları hər yerdə əzməli olduğunu, inqilaba qarşı çıxanların öz qanlarında boğulmalı olduqları fikirini müdafiə etmişdir.
Altı həftə sonra - 1919-cu ilin 21 mart tarixində koalisiya hökumətindəki kommunistlər qansız bir çevriliş yolu ilə hakimiyyəti ələ almış və Béla Kun rəhbərliyində Macarıstan Sovet Respublikasını yaradıldığını elan etmişdirlər. Szamuely yeni hökumətin vacib üzvlərindən olmuşdur. Birdən artıq vəzifəsinin olmasından başqa, ən vacib vəzifəsi Müdafiə Xalq Komissarlığı olmuşdur. Ayrıca kommunistlərə qarşı çıxanlara tətbiq etdiyi “qızıl terror” (Bu dövrdə həyatını itirənlərin sayı bəlli deyil, lakin, təxminən onların sayının 600 ətrafında olması düşünülür) kampaniyası ilə tanınır. Szamuelynin xüsusi təhlükəsizlik qüvvələri Lenin Gəncliyi olaraq tanınır və kommunistlərin siyasətinə qarşı çıxanları hər bir yolla əzirdilər.
Bu dövrdə Macarıstan Sovet Respublikasının nümayəndəsi kimi 1919-cu ilin may ayında təyyarə ilə Moskvaya getmiş Lenin ilə birgə dünya inqilabının lehinə təbliğat həyata keçirmişdir.
Ölümü
redaktəMacarıstan Sovet Respublikası cəmi altı ay yaşamış və 1919-cu ilin avqust ayının əvvəlində süquta uğramışdır. Fransa ordusunun dəstəklədiyi Rumıniya ordusu Budapeştdə yaxınlaşan zamanda Szamuely qaçır. Kommunistlərin hədəfə götürüldüyü və kütləvi şəkildə qırıldığı “ağ terror” hücumlarından sağ qurtulan Szamuely avtomobili ilə Avstriya sərhədi istiqamətində irəliləmişdir. Sərhəddən qanunsuz yollarla keçdiyi üçün yaxalanan Szamuely, Avstriya polisi tərəfindən kimliyi müəyyənləşdirildikdən sonra öldürülmüşdür. Cəsədi parçalanmış və atılmışdır.
Xatirəsi
redaktəMacarıstan Sovet Respublikası devrildikdən sonra Macarıstanda monarxiya hakimiyyət başına gəlmiş və Macarıstan İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx ilə müttəfiq olmuşdur. Bu müttəfiqlik nəticəsində çoxlu sayda macar SSRİ-yə qarşı başladılmış olan Barbarossa planında yer alaraq ruslarla döyüşmüşdürlər. Müharibə SSRİ ordusunun qələbəsi ilə qurtardıqdan sonra Macarıstan yenidən Qızıl Ordu tərəfindən işğala məruz qalmış və burada yenidən kommunist rejim yaradılmışdır. Bu dövrdə iqtidarı ələ almış olan Macarıstan kommunistləri Tibor Szamuely başda olmaqla birinci Macarıstan Sovet Respublikası üçün həyatını itirənlərə sahib çıxmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Tibor Szamuely // SNAC (ing.). 2010.
- ↑ 1 2 3 4 Самуэли Тибор // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.oocities.org/veldes1/szamuely.html.