Tibet Qonur Ayisi - Wikipedia
Tibet qonur ayısı (lat. Ursus arctos pruinosus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bu yarımnöv Tibet yaylasının şərqində yayılmışdır. Qonur ayıların ən az yayılmış yarımnövüdür. Təbiətdə olduqca az görülür. Avropada bir neçə dərisi və skeleti vardır. 1854-cü ildə qeydə alınmışdır.
Tibet qonur ayısı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarımnöv: Tibet qonur ayısı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təsnifatı
redaktəTibet qonur ayısı bəzən Qobi qonur ayısı (Ursus arctos gobiensis) ilə eyniləşdirilir. Onların relik canlı olmararı əsas gətirilir. Ancaq terioloqlar Vladimir Sokolov və Viktor Orlov bu iki ayı başlarının bir-birinə oxşamamasını bildirirlər. Onlar Tibet qonur ayısının başını daha çox Himalay qonur ayısına (Ursus arctos isabellinus) bənzədiyini iddia edirlər. Bir müddət sonra bu iki alim Qobi ayısını ayrıca yarımnöv olaraq təstiqləmişlər.
Yayılma ərazisi və həyat tərzi
redaktəƏsasən yüksək dağlıq ərazilərdə yayılmışlar. Ümumilikdə isə onlar haqqında məlumat olduqca azdır. Kiçik məməlilər və otlala qidalanırlar.
Təhlükə və qorunması
redaktəBu canlıların dəqiq sayı məlum deyildir. Onlar Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir. Onların sayına mənfi təsir göstərən amil ənənəvi Asiya tibbində istifadə edilməsidir.
Mədəniyyətə təsiri
redaktəTibet qonur ayısı Qar adamı obrazının mümkün variantı hesab edilirdi. 1960-cı ildə Edmund Hillari bunu araşdırmaq məqsədi ilə Tibet dağlarına çıxmışdır. Qayıdarkən onlar iki xəz gətirmiçlər. Yerli əhali bunu Qar adamının xəzi olmasını bildirmişdir. Sonrakı araşdırmalar bu xəzlərin Tibet qonur ayısına məxsus olmasını müəyyən etmişlər.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0