The Empty Box And The Zeroth Maria - Wikipedia
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア?, azərb. Boş qutu və sıfırıncı Mariya) və ya qısaca Hakomari (箱マリ?) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır.
The Empty Box and Zeroth Maria | |
Birinci cildin üzlüyü. Personaj: Mariya Otonaşi. | |
空ろの箱と零のマリア azərb. Boş qutu və sıfırıncı Mariya | |
---|---|
Janr | döyüş, müəmma, triller |
Manqa | |
Manqaka | Eyci Mikaqe |
Rəssam | Tetsuo |
Nəşriyyat | ASCII Media Works |
Nəşr tarixi | 10 yanvar 2009 – 10 iyun 2015 |
Cildlər | 7 (cild siyahısı) |
Məzmun
redaktəKazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir:
"Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
Bu başqarışdırıcı sözlərdən sonra Kazukinin həyatı tamamilə dəyişir. O, Otonaşinin əsl adının Mariya olduğunu, "qutular" adlandıran müəmmalı cihazların mövcudluğunu, Mariyanın günü minlərlə dəfə təkrarlamasının (Mariya bu hadisəni "Rədd edən sinif" adlandırır) səbəbkarının özünün olduğunu öyrənir.
Personajlar
redaktə- Kazuki Hoşino (星野 一輝, Hoshino Kazuki?)
- Baş qəhrəmandır və adi lisey tələbəsidir. Ən sevdiyi yemək umaybodur. Lakin bir gün Aya Otonaşi adlı qızın onun sinfinə keçib ona müharibə elan etdiyini bildirir, lakin Kazuki onu ilk dəfə gördüyünü düşünür və çox təəccüblənir. Daha sonra ondan bütün bu müəmmalı hadisələrin səbəbkarının özünün olduğunu öyrənir.
- Mariya Otonaşi (音無 麻理亜, Otonashi Maria?)
- Baş qadın qəhrəmandır və Hoşinonun sinfinə 2 martda – məktəb ilinin başa çatmasına bir gün qala keçmiş gözəl və müəmmalı qızdır. Əsl adı Mariya olsa da, özünü hər kəsə Aya adı ilə təqdim edir. Gələr-gəlməz bütün şagirdlərin önündə Hoşinoya müharibə elan etdiyini bildirir. Mariyanın dediyinə görə bu günü 13.118 dəfə təkrarlamasının səbəbkarı məhz odur. Buna görə də "Rədd edən sinif" adlandırdığı bu hadisəni dayandırmaq üçün "qutu" adlı müəmmalı cihazı ələ keçirmək istəyir.
- Kokone Kirino (桐野 心音, Kirino Kokone?)
- Hoşinonun dostlarından biridir. Dostlarına böyük dəyər verən, lakin həddən artıq hər şeylə maraqlanan gülərüz və şən qızdır. Dayya ilə uşaqlıqdan tanışdır.
- Dayya Oomine (大嶺 醍哉, Oomine Daiya?)
- Hoşinonun dostlarından biridir. Saçlarını gümüş rənginə boyayan, sağ qulağına 3 küpə taxmış arsız tələbədir. Bundan əlavə, sinif nümayəndəsidir.
- Haruaki Usui (臼井 陽明, Usui Haruaki?)
- Hoşinonun dostlarından biridir. Şən, amma ağlı bir qarış havada olan beyzbol ulduzudur.
- Kasumi Moqi (茂木 霞, Mogi Kasumi?)
- Hoşinonun aşiq olduğu qızdır. Səssiz, sakit və ifadəsizdir.
- O (オー, O?)
- "Qutular"ı paylayan və hadisələrin arxasında dayanan müəmmalı varlıqdır.
Media
redaktəRanobe
redaktəRanobe seriyası Tetsuonun rəssamlığı ilə Mikaqe Eyci tərəfindən yazılmışdır. ASCII Media Works nəşriyyatı 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ranobe seriyasının 7 cildini buraxmışdır.[1][2] Polşada isə Waneko nəşriyyatı tərəfindən 5 fevral 2016-cı ildə nəşr olunmağa başlamış[3] və 6 oktyabr 2016-cı ilə kimi 5 cildi buraxılmışdır.[4] Şimali Amerikada isə Yen Press ranobeni lisenziyalaşdırılmışdır.[5]
Cild siyahısı
redaktə№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | Tərcümə versiyasının nəşr tarixi | Tərcümə ISBN |
---|---|---|---|---|
1 | 10 yanvar 2009[1] | ISBN 978-4-04-867461-4 | 5 fevral 2016[3] 31 oktyabr 2017[6] | ISBN 978-83-65229-88-5 ISBN 978-03-16561-10-5 |
2 | 10 sentyabr 2009[7] | ISBN 978-4-04-868012-7 | 8 aprel 2016[8] 20 fevral 2018[9] | ISBN 978-83-65229-89-2 ISBN 978-03-16561-11-2 |
3 | 10 yanvar 2010[10] | ISBN 978-4-04-868275-6 | 8 iyun 2016[11] | ISBN 978-83-65229-90-8 |
4 | 10 iyun 2010[12] | ISBN 978-4-04-868595-5 | 8 avqust 2016[13] | ISBN 978-83-65229-91-5 |
5 | 10 iyul 2012[14] | ISBN 978-4-04-886733-7 | 6 oktyabr 2016[4] | ISBN 978-83-65229-92-2 |
6 | 10 yanvar 2013[15] | ISBN 978-4-04-891251-8 | — | — |
7 | 10 iyun 2015[2] | ISBN 978-4-04-865121-9 | — | — |
İstinadlar
redaktə- ↑ 1 2 "空ろの箱と零のマリア" (yaponca). ASCII Media Works. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ 1 2 "空ろの箱と零のマリア7" (yaponca). ASCII Media Works. 2016-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ 1 2 "ZEROWA MARIA I PUSTE PUDEŁKO: TOM 1" (polyak). Waneko. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ 1 2 "ZEROWA MARIA I PUSTE PUDEŁKO: TOM 5" (polyak). Waneko. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "THE EMPTY BOX AND THE ZEROTH MARIA". Yen Press. İstifadə tarixi: 1 avqust 2017.[ölü keçid]
- ↑ "The Empty Box and Zeroth Maria, Vol. 1 (light novel)". Yen Press (ingilis). İstifadə tarixi: 1 avqust 2017.[ölü keçid]
- ↑ "空ろの箱と零のマリア2" (yaponca). ASCII Media Works. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "ZEROWA MARIA I PUSTE PUDEŁKO: TOM 2" (polyak). Waneko. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "The Empty Box and Zeroth Maria, Vol. 2 (light novel)". Yen Press (ingilis). İstifadə tarixi: 1 avqust 2017.[ölü keçid]
- ↑ "空ろの箱と零のマリア3" (yaponca). ASCII Media Works. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "ZEROWA MARIA I PUSTE PUDEŁKO: TOM 3" (polyak). Waneko. 2016-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "空ろの箱と零のマリア4" (yaponca). ASCII Media Works. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "ZEROWA MARIA I PUSTE PUDEŁKO: TOM 4" (polyak). Waneko. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "空ろの箱と零のマリア5" (yaponca). ASCII Media Works. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
- ↑ "空ろの箱と零のマリア6" (yaponca). ASCII Media Works. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016. (#apostrophe_markup)
Xarici keçidlər
redaktə- Waneko-nun rəsmi saytında (pol.)