Teymur Musayev - Wikipedia
Teymur Yusif oğlu Musayev (16 sentyabr 1970, Bakı) — Azərbaycan Respublikasının səhiyyə naziri (2022-ci ildən).
Teymur Musayev | |
---|---|
Vəzifədədir | |
19 yanvar 2022-ci ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Oqtay Şirəliyev |
23 aprel 2021 – 19 yanvar 2022 | |
23 aprel 2021 – 19 yanvar 2022 | |
Əvvəlki | vəzifə təsis edilib[1] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1970 (54 yaş) |
Doğum yeri | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Həyatı
redaktə16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977–1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981–1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003–2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb. 1994–1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997–2001-ci illərdə H. T. P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib. 2001–2003-cü illərdə "Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq" proqramının direktor müavini vəzifəsində çalışıb. 2003–2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006–2015-ci illərdə N. Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015–2016-cı illərdə "Baku Dobromed Hospital" özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016–2019-cu illərdə "Chenot Palace Gabala" kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. 2019–2020-ci ilin aprel ayına kimi "Spero Hospital" özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.
Siyasi karyerası
redaktə2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
23 aprel 2021-ci ildə Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.[2] Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Teymur Yusif oğlu Musayevə verilib.[3]
19 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib[4]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
- ↑ "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
- ↑ "Arxivlənmiş surət". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
- ↑ T. Y. Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı