Texniki Xidmet Proqramlari - Wikipedia
Texniki xidmət proqramları — kompüterlərin işləmə vəziyyətini yoxlamaq üçündür.
Bu proqramlar (Norton Utilities, PC Tool Deluxe, Icecream Screen Recorder və s.) kompüterin ayrı-ayrı qurğularının normal fəaliyyətinin yoxlanmasını həyata keçirir.[1] kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat-proqram vasitələri ilə, bəziləri isə proqram vasitələri ilə həyata keçirilir. proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. testlə yoxlama (testləşdirmə) kompüterin və onun ayrı-ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsilə yerinə yetirilir. ilkin test proqramları (testləşdirmə), adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür. xüsusi nəzarət proqramları kompüterdə məsələlərin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. bütün hallarda nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında ekrana məlumat çıxır.
Ədəbiyyat
redaktə- Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat, R.Q. Ələkbərov, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu.
- Таненбаум Э. Архитектура компьютера.4-е изд. — СПБ.: Питер, 2003–704 с.
- Каган Б.М. Электронные вычислительные машины и системы: Учеб. Пособие для вузов – М.: Энергоатом изд. 1985 – 552 с.
- Соломенчук В.Г. Аппаратные средства персональных компьютеров – СПБ.: БХВ –Петербург, 2003 – 512с.
- Колесниченко О.В., Шишичин И.В. Аппаратные средства ПК – СПБ.: БХВ — Санкт-Петербург, 2000
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ice cream Screen Recorder proqramının təsviri". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-19.