Tevadros Mirzebekyan - Wikipedia
Tevadros Konstantinoviç Mirzəbekyan (rus. Тевадрос Константинович Мирзабекян) və ya Tevadoros Mirzəbekyants (erm. Թևադորոս Միրզաբեկյանց; 1885, Lüləsaz, Cavanşir qəzası – yanvar 1938, Bakı) — erməni əsilli Azərbaycan bolşevik inqilabçısı, dövlət xadimi. O, Azərbaycan SSR xalq maliyyə komissarı (1923–1924) və AK(b)P Xanlar rayon komitəsinin katibi (1933–1936) olmuşdur.
Tevadros Mirzəbekyan | |
---|---|
erm. Թևադորոս Միրզաբեկյանց | |
AK(b)P Xanlar rayon komitəsinin katibi | |
1933 – 1936 | |
1923 – 1924 | |
Əvvəlki | Nəsir Tağıyev |
Sonrakı | Mirzə Davud Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | yanvar 1938 |
Vəfat yeri | |
Vəfat səbəbi | edam |
Dəfn yeri | |
Milliyyəti | erməni |
Fəaliyyəti | inqilabçı, dövlət xadimi |
Atası | Konstantin Mirzəbekyants |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTevadros Konstantinoviç Mirzəbekyan 1885-ci ildə Rusiya imperiyasına bağlı, indiki Azərbaycanın Tərtər rayonunda yerləşən Lüləsaz kəndində anadan olmuşdur. O, etnik olaraq erməni idi. İbtidai təhsil almışdır. Mirzəbekyan 1907-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur.[1] 1917-ci il Fevral inqilabından sonra Əlibala Rəhimovun və Tevadros Mirzəbekyanın rəhbərliyi altındakı kəndlilər Cavanşir qəzasında inqilabi mübarizə aparmağa başlamışdılar.[2] Odur ki, Mirzəbekyan Azərbaycanda sovet hakimiyyətinin qurulmasının fəal iştirakçılarından olmuşdur.[3] 1923–1924-cü illərdə Azərbaycan SSR xalq maliyyə komissarı kimi xidmət göstərmişdir.[4] 1928-ci ildə erməni milliyətçilərinə qarşı kampaniya nəticəsində Mirzəbekyan partiya üzvlüyündən çıxarılmışdır. O, rəsmi olaraq "cinayət işinin araşdırılması zamanı sənədləri məhv etməyə cəhddə" ittiham olunmuşdur. Partiya səlahiyyətliləri 1929-cu ildə ona tətbiq edilən cəzanı şiddətli töhmətlə əvəz etmiş, Mirzəbekyanın üzvlüyünü bərpa etmişdir.[1] Mirzə Bala Məmmədzadənin yazılarına görə, Mirzəbekyan və AK(b)P Mərkəzi Komitəsinin üzvü Armenak Qaragözyan Qarabağda muxtar erməni vilayətinin təşkilində fəal iştirak etmişdir.[5] Məmmədzadə əlavə etmişdir ki, Mirzəbekyan bununla kifayətlənməmiş, Gəncəni Ermənistan SSR-yə birləşdirməyi təklif etmişdi.[6][7]
Mirzəbekyan 1933–1936-cı illərdə AK(b)P Xanlar rayon komitəsinin katibi olmuşdur.[1] Mirzəbekyan və başqaları 7 dekabr 1937-ci ildə[8] İosif Stalinin siyahısına uyğun hərəkət edən Mircəfər Bağırovun göstərişi ilə Azərbaycan SSR NKVD-si tərəfindən "sağların antisovet terror-təxribat təşkilatının üzvü" kimi yaşadığı Xanlar şəhərində həbs edilmişdir.[1] O, 1938-ci ilin yanvarında Bakıda edam edilmişdir. Mirzəbekyan Bakıda dəfn edilmişdir. O, 23 mart 1955-ci ildə bəraət almışdır.[3] 26 aprel 1956-cı ildə Mirzəbekyanın partiya üzvlüyü bərpa olunmuşdur.[9]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Мирзабекян Тевадрос Константинович (1885)". openlist (rus). Memorial. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ Vəzirov, X.H., redaktorSovet hakimiyyəti uğrunda. Bakı: Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Partiya Tarix İnstitutu – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm–Leninizm İnstitutunun filialı, Azərbaycan Dövlət Nəşriyyatı. 1967. səh. 57 – Praksis vasitəsilə.
- ↑ 1 2 Определение ВКВС СССР, 23.03.1955
- ↑ Rüstəmli, Rafail. Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri (az.). Bakı: Ozan. 2017. səh. 238. (#first_missing_last)
- ↑ Rüstəmli, Rafail. Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri (az.). Bakı: Ozan. 2017. səh. 237. (#first_missing_last)
- ↑ Məmmədzadə, Mirzə Bala. Şamil,, E.; Fikrətqızı (redaktorlar ). Köylü hərəkatı. Lenin milli siyasəti (az.). Bakı. 2007. səh. 118–133.
- ↑ Səfalı Nəzərli, Safruh, redaktorSolovkidə gördüklərim (az.). Bakı: Günəş. 2004. səh. 20. (#first_missing_last)
- ↑ Сперанская, Татьяна. "Список репрессированных бакинцев и жителей АзербСС". proza.ru (rus). 2010. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ приговор ВКВС СССР, 26.04.1956.