Tetraedrit - Wikipedia
Tetraedrit Cu12Sb4S13; tennantit – Cu12As4S13 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Tetraedrit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Cu₁₂Sb₄S₁₃ |
Strunz təsnifatı | II/B.05[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəFerrotetraedrit (13,08 %-dək Fe), ferrotennantit, zandbergerit – sinklə zəngin tetraedrit və tennantit, freybergit – gümüşlə zəngin tetraedrit və b.[2]
Xassələri
redaktəRəng – poladı-bozdan bozumtul-qarayadək, freybergitin – gümüşü; Mineralın cizgisinin rəngi –bozumtul-qara, tennantitinin – qırmızımtıl - boz; Parıltı – metal, köhnə səthdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – tennantitin 4,0, tetraedritin 5; Sərtlik – 3-4,5; Kövrəkdirlər; Ayrılma – yoxdur; Sınıqlar – adətən qeyri-hamar; bəzən qabıqvarı; Başqa xassələr – zəif elektrik keçiriçisidirlər; Morfologiya – kristallar: tetraedrik, nisbətən az triqon-tritetraedrik və rombododekaedrik; İkiləşmə: tez-tez, {111} üzrə qarşılıqlı nüfuzetmə ikiləşmələri; Mineral aqreqatları: massiv, dənəvər, sıx əmələgəlmələr, püruzlar.
Mənşəyi və yayılması
redaktəƏsasən hidrotermal yolla əmələ gəlir. Orta temperaturlu polimetal, kolçedan, qızıl, gümüş, sürmə-civə yataqlarında və b. daha tez-tez rast gəlir. Habelə skarnlarda, nisbətən az peqmatitlərdə, nadir hallarda çökmə süxurlarda (mergellər, misli qumdaşları) və mis filizi yataqlarının sementləşmə zonasında tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, pirit, sfalerit, qalenit, arsenopirit, enargit, bornit, burnonit və b. Mineralın tapıldığı yerlər: Freyberq, Rammelsberq, Klaustal (Almaniya); Kopnik (Rumıniya); Bansko-Ştyavnitsa (Slovakiya); Sent-Mari-o-Min (Fransa); Darasun, Beryozov (Rusiya); Xonsü, İkino (Yaponiya); Potosi (Boliviya); Sero-de Pasko (Peru); Çanyarkilo (Çili); Bingem, Byütt (ABŞ) və b. Azərbaycanda ikinci dərəcəli minerallar kimi Filizçay, Katsdağ, Katex, Mehmana, Çıraqdərə, Toğanalı, Gədəbəy, Bittibulaq, Daşkəsən, Ağdərə, Göydağ yataqlarının, Tutqunçay hövzəsindəki qızıl filizi zolağının, çoxsaylı təzahürlərin filizlərində və b. aşkar edilmişdir.
Tətbiqi
redaktəTetraedrit, tennantit və onların növ müxtəlifliklərinin iri müstəqil yığınlarının hələ müəyyən edilmədiyi ilə əlaqədar olaraq, onlar yalnız misin başqa mineralları ilə birlikdə mis və bəzən gümüş (freybergit) mənbəyi kimi praktik əhəmiyyət kəsb edir.[3]
İstinadlar
redaktə- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- ↑ public domain: Spencer, Leonard James. Tetrahedrite // Kisholm, Hyu (redaktor). Britannika Ensiklopediyası. 26 (XI). Cambridge University Press. 1911. 670–671. One or more of the preceding sentences incorporates text from a publication now in the
- ↑ Jacobs, Suzanne. "Cheaper Thermoelectric Materials | MIT Technology Review". Technologyreview.com. 2014-07-12. 2014-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
Mənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.