Teosofiya Cemiyyeti - Wikipedia
Teosofiya cəmiyyəti—Yelena Blavatskaya tərəfindən qurulan dərnək.
Tarixi
redaktəTarix səhnəsində meydana gələn yeni dinlərin böyük əksəriyyətinin fəaliyyəti uzun müddətli olmamışdır. Buna baxmayaraq bəziləri öz mövcudluğunu qoruya bilmiş və tanınaraq hal-hazırda geniş yayılan dinlərdən birinə çevrilmişdir. В"Müasir dövrdə yeni yaranan dinlərdən hər hansı biri bir neçə əsrdən artıq mövcud ola biləcəkmiВ"? Din sosioloqlarının fikrincə bu suala müəyyən mənada müsbət cavab vermək mümkündür. Belə ki, onlar dünyəvi faktorlardan çıxış edərək belə dinlərin daha uzunmüddətli olacağını irəli sürürlər. Tədqiqatçılara görə, yeni dinlər yalnız o vaxt inkişaf edib yayıla bilərlər ki, özlərində ruhani həyat qabiliyyətini, güclü təşkilatçılığı və tərəfdarlarının şəxsi maraq dairələrini yüksək səviyyədə qoruya bilsinlər. İctimai mühitdə yeni dinlərin yayılması o halda özünü göstərir ki, mənəvi dəyərlərdə qeyri-müəyyənlik, cəmiyyətdə parçalanma, ənənəvi dinlərdə isə zəifləmə müşahidə edilsin.
Bu məqalədə yeni dinlərdən biri, XIX əsrin sonlarında yayılaraq nüfuzlu dini-mistik cərəyana çevirilən teosofiya və ya teosof cəmiyyəti haqqında məlumat veriləcəkdir. В"TeosofiyaВ" sözü В"ilahi müdriklikВ" mənasına gəlir. Nüfuzlu tədqiqatçıların fikrinə görə, teosofiya məfhumu bizim eranın III əsrində görkəmli Roma fəlsəfəçisi Plotinin müəllimi, məşhur filosof Ammonim Sakkas tərəfindən irəli sürülmüşdür. Lakin teosofiyanın tarixi kökləri Şərqə, xüsusilə də bir çox təlimlərin əsas tərkib hissələrindən sayılan Upanişad və Veda mətnlərinin formalaşdığı Hindistana gedib çıxır.
Sinkretik dini-mistik təlim kimi isə əsası zadəgan rus qadını, yazıçısı Yelena Petrovna Blavatskaya tərəfindən qoyulmuşdur. O, 1831-ci ildə Yekatirinoslavda alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatski ilə ailə həyatı qurur, lakin üç aydan sonra onu tərk edir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək Tibetə, Hindistana, Misirə, daha sonra isə Amerikaya səyahət edir. Səyahətlər zamanı ezoterik (gizli) dini məktəblərin təlimlərinə qatılır və onlar haqqında əsaslı məlumat əldə edir. Yolagəlməz xasiyyətinə baxmayaraq o, nəzərəçarpan bacarığı ilə 1875-ci il sentyabrın 13-də özünün iki pərəstişkarı вЂ" polkovnik Q. Olkotun və U.cacın köməkliyi ilə В"Həqiqətdən üstün din yoxdurВ" şüarı altında teosof cəmiyyətini yaradır. Blavatskayanın sözlərinə görə bu: В"Bütün dinləri, təriqətləri və xalqları əbədi həqiqətə əsaslanan ümumi əxlaq sistemi altında barışdırmaq cəhdidirВ".
Teosof təlimin əsasında brahmanizmin, induizmin və buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və qnostik elementlərin təsir izlərini müşahidə etmək mümkündür. Teosoflar dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənaların oxşarlıq axtarışından çıxış edərək, müxtəlif inancları birləşdirib bunun əsasında müəyyən ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışırdılar. cəmiyyətin təsisçilərinin qeyd etdiklərinə görə, В"teosofiyaВ" termininin əsası neoplatonçular məktəbinə gedib çıxır. Əslində isə cərəyanın və cəmiyyətin adı təsadüf nəticəsində seçilmişdir. cəmiyyətin təsis iclasından sonrakı yığıncaqda ona ad qoyma məsələsi qaldırılmışdı. Blavatskaya, Olkot, cac və Felt В"MisirşünaslıqВ", В"GermetiklikВ", В"RozenkreyserlikВ" adları arasında seçim apararkən iştirakçılardan təsadüfən biri lüğəti vərəqləyən zaman В"teosofiyaВ" sözünə rast gəlir və bu kəlmə yığıncaqda iştirak edənlərin hamısının ürəyincə olur.
Teosofların təliminə görə insanın son amalı вЂ" В"gizli müəllimlərВ" tərəfindən qorunan okkultik biliklərə nail olmaq və fövqəltəbii bacarıqları əldə etməkdir. Bu hədəf ezoterik ənənənin ithaf etdiyi azsaylı ustadlar və ya В"gizli müəllimlərВ" tərəfindən həyata keçirilir. Asiyanın müqəddəs mətnləri, mason və tampliyerlərin mifologiyası, həmçinin rozenkreyserlər haqqında mistifikasiya əsasında Y. Blavatskaya guya gizli təlimləri dünyaya çatdırmaq üçün onu seçən fantastik Himalay müəllimlərinin qardaşlığı obrazını yaratmışdı. Blavatskayanın sonrakı bütün fəaliyyəti, həmçinin dünya üzrə yerdəyişməsi məhz bu В"müəllimlərinВ" göstərişləri ilə izah olunur.
Teosoflar В"gizli müəllimlərВ"in cərgəsinə həm uydurulmuş (ustad Moriya, Pifaqorun təcəssüm etdiyi Kut Humi, İllarion, Serapis, Dvay Hul), həm mifik (Budda, Mahaqoyan, Manu, Maytreya), həm də tarixi şəxsiyyətləri (Kun-çzı, Süleyman, Lao-çzı, Beme, Rocer Bekon, Frensis Bekon, Kaliostro, Mesmer, İbrahim, Musa, Platon, Rodcerin və Frensis Bekonun təcəssüm etdiyi şahzadə Rakocci) əlavə edirlər. В"Gizli müəllimlərВ" iyerarxiyasının başında isə Qobi səhrasında yerləşən və kənar gözlərdən gizli qalan Şambale məmləkətində yaşayan dünyanın Hakimi durur.
В"Gizli müəllimlərВ"in sirli mühitdə çalışmalarının səbəbi odur ki, insanlar В"qara qüvvələrəВ" meyilli olduqlarından, adətən, vasitəçi В"müəllimlərəВ" inanmırlar və onları təqib edib incidirlər. В"Gizli müəllimlərВ"in işlərinin mahiyyəti isə kainatın taleyini idarə etməkdən və onu В"şər qüvvələrВ"in təsirindən qorumaqdan ibarətdir. Teosofiya gizli universal doktrina ideyasına əsaslanır və öz mövcudiyyətini onun tədqiqi ilə bağlayır. Bu doktrinada ilkin zəmin kimi o vurğulanır ki, təməl həqiqətlər və dəyərlər bütün kainatda universaldır və bütün dinlər bu universal idrakın müxtəlif təzahürləridir.
Teosoflar Tanrının şəxsi varlığına inanmırlar. Onlar monistdirlər və etiqad edirlər ki, mövcud olan bütün varlıq birdir. İndividuallıq yoxdur. Bundan savayı, onlar panteist fikirlər irəli sürərək, var olan hər şeyin Tanrı olduğunu bildirirlər. Özünün В"The Key to TheosophyВ" əsərində Blavatskaya yazır: В"Biz ümumdünya ilahilik prinsipinə etiqad edirik. Mövcud hər şeyin törədiyi və hər şeyi canına cəkdiyi mənbə varlığın böyük silsiləsinin sonundadırВ". Teosofların təməl ideyası bütün varlığın birliyinə əsaslandığından edilən dualar müəyyən bir obyekt üçün nəzərdə tutulmamışdır. Kainatın individuallıq istiqamətində təkamül edən simasız tanrılığına etiqad edən teosoflar eyni zamanda inanırlar ki, fiziki dünya real deyil. Maddi kainatda onlar sadəcə inikası görürlər. İndividuallığı isə qeyri-real sayırlar.
Karma və reinkarnasiya məfhumları da teosofların insan və etika haqqındakı təsəvvürlərində böyük rol oynayır. Reinkarnasiyaya görə, insanın ölümündən sonra onun bir hissəsi yenidən təcəssüm edir. Teosoflar inanırlar ki, bəşəriyyət təkamülünü ən ibtidai məxluqlardan başlamışdır. Sonda insan simasına döndükdən sonra onlar yenidən təkamülün ən ibtidai və aşağı formasına qayıtmayacaqlar. Karmanın kainat qanunu olduğunu isə onlar obrazlı şəkildə В"Nəyi əkərsən, onu da biçərsənВ" cümləsi ilə daha bariz şəkildə təqdim edirlər. cəmiyyətin fəaliyyəti Avropanın və Amerikanın bir çox ölkələrində sürətlə yayıldı. Onun sıralarına əvvəl heç bir təşkilatda birləşməyən, astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda insanlar axışmağa başladı. Elə bu dövrdə Blavatskayanın mistifikasiyasının ifşa edilməsi və onun şarlatanlıqda təqsirləndirilməsiylə bağlı cəmiyyət ətrafında ilk qalmaqallar yaranmağa başladı.
1878-ci ildə Teosof cəmiyyəti Arya Samac ilə sıx əlaqələrə girdi və bəyan etdi ki, teosofiya bütün insanların birgə qardaşlığının bərqərar edilməsinə, irq və xalqların, həmçinin mövcud din və inancların birliyinə köməklik göstərir.
1879-cu ildə Blavatskaya və Olkot Hindistana gedərək cəmiyyətin mərkəzi mənzil qərargahını Adyar şəhərində açdılar. Bu köç əsasən Nyu-York cəmiyyətinin üzləşdiyi maliyyə çətinlikləri və Olkotun kolonial iqtisadiyyat sərmayəsinə can atması ilə izah olunur. Hindistanda bu cəmiyyət В"TeosofВ" adlı jurnal buraxmağa başladı. Seylon adasına gələn Olkot və Blavatskaya üsyan qaldıran seylon buddistlərinin tərəfini tutdular və bununla da kolonial hakimiyyət dairələri ilə əhəmiyyətli dərəcədə əlaqələri çətinləşdirdilər. Bununla yanaşı, Blavatskaya Rusiyanın xeyrinə cəsusluqda idtiham olunurdu. Teosoflar cəmiyyətinin fəaliyyəti Seylonda yerli buddist ictimaiyyəti tərəfindən dəstəkləndi və geniş vüsət aldı. Bu xüsusilə özünü buddist məktəblərinin təşkilatlanmasında göstərdi. 1960-cı ildə Seylonda təhsilin milliləşdirilməsinə qədər artıq Teosof cəmiyyətinə 400 məktəb aid idi.
1883-cü ildə Teosof cəmiyyəti ətrafında növbəti qalmaqal baş verdi. Amerikalı medium Henri Kiddl aşkar etdi ki, Blavatskayanın guya müəllim Kut Humidən aldığı və A. P. Sinnetin В"Okkultik dünyaВ" kitabında çap edilən mənəvi məktublar, məhz Kiddlin öz çıxışının sözbəsöz təkrarıdır. 1883-cü ilin sonları teosof cəmiyyətinin London lojasında lojanın prezidenti Anna Kinqsford və həmin lojanın üzvü yazıçı A. P. Sinnet arasında, onun В"Ezoterik buddizmВ" adlı kitabıyla bağlı qalmaqallı təhqiqat işi aparıldı. Belə ki, bu kitabda teosofiya buddizmin müəllif interpretasiyasının sinonimi kimi şərh edilmişdi. Təhqiqat teosof cəmiyyətinin əsas problemlərindən sayılan В"aydın doqmatik təməllərinin olmamasıВ" fikrini üzə çıxardan ciddi teoretik konfliktə çevrildi. Bunun nəticəsində Anna Kinqsford teosof cəmiyyətindən ayrıldı və özünün hermetik cəmiyyətini yaratdı. 1884-cü ildə isə növbəti qalmaqal yaşandı. Teosof cəmiyyətinin mənzil qərargahında çalışan cəmiyyətin hindistanlı mənsubları Emma və Aleksis Kulomb cütlüyü Blavatskayanın etibarlı tərəfdarları oldular. Lakin Emma Kulombun varlı neofitlərdən pul qopartmaq cəhdlərindən sonra Blavatskaya onu cəzalandıracağını bildirdi. Bunun müqabilində Emma Kulomb teosof cəmiyyətinin rəhbərlərini, Blavatskayanın fırıldaqlarını aşkara çıxaracağı ilə hədələyərək, pul istəyib şantaj etməyə başladı. Öz təhdidlərinin doğruluğunu sübut etmək məqsədilə o, Blavatskaynın göstərdiyi hərəkət edən divar, tavan və müqəvva В"fokuslarınınВ" mexanizmini üzə çıxartdı. Qalmaqal Emma Kulombun və Leyn Foksun savaşmasıyla nəticələndi və cütlük teosof cəmiyyətindən qovuldu. Belə olan təqdirdə Emma Kulomb Blavatskayanın В"gizli məktublarВ"ından seçmələri onun qatı düşməni Mədrəsdəki Xristian kollecinin rektoru Pattersona satdı.
Elə həmən il Adyar şəhərinə teosof cəmiyyəti ətrafında baş verən В"ruhi təzahürlərinВ" doğruluğunu yoxlamaq məqsədilə ruhi tədqiqatlar cəmiyyətinin təmsilçiləri gəldilər. Onların yekun rəyi son dərəcə mənfi oldu və bu öz növbəsində teosof cəmiyyətinin rəhbərləri arasında gərgin münasibətlərə gətirib çıxartdı. 1885-ci ilə qədər teosof cəmiyyətində 121 loja qeydiyyatdan keçmişdi ki, onlardan 106-sı Hindistanda, Birmada və Seylon adasında yerləşirdi. cəmiyyətin tərkibinə daxil olan astroloqlar Alan Leonun rəhbərliyi altında Londonda teosof cəmiyyətinin lojasını yaratdılar. XX əsrin sonlarında bu loja ən möhtərəm astroloq təşkilatına çevrilmişdi. 1885-ci ilin sonunda cəmiyyətin içində hədəfinin qeyri-müəyyənliyi, inzibati idarəçiliyin çatışmazlığı, həmçinin Blavatskaya və Olkot arasındakı konfliktlərlə əlaqəli olaraq lojaların xüsusi idarəli milli filiallara çevrilmə tendensiyası müşahidə edilməyə başladı. Teosof cəmiyyətinin mövcudluğuna mənfi təsir göstərən amillərdən biri də bu idi ki, cəmiyyət ətrafına isterik və qalmaqal mühit yaradan bir sıra psixi və nevrotik anormal insanları cəlb etmişdi. 1885-ci ilin dekabrında teosof cəmiyyətinin mənzil-qərargahına üzvlükdən imtina ilə bağlı yüzlərlə məktub gəlməyə başladı. Bu da öz növbəsində maliyyə çətinlikləri yaratdı.
1891-ci ilin may ayında вЂ" Blavatskayanın ölümündən sonra teosof cəmiyyətində rəhbərlik uğrunda Olkot və onun keçmiş köməkçisi Uilyam cac arasında amansız mübarizə başladı. Anna Bezantın aktiv iştirakı ilə bu mübarizə dəyişən uğurla 1894-cü ilə kimi davam etdi. 1895-ci ildə isə cac teosof cəmiyyətinin Amerika filialını ayırdı və onu В"Amerika teosof cəmiyyətiВ" adlandıraraq müstəqil təşkilata çevirdi. 1906-cı ilin yanvar ayında teosof cəmiyyətinin Avropa filialının katib müavini, Anna Bezantın dostu Çarlz Ledbiter öz azyaşlı şagirdlərinə qarşı cinsi tələbdə ittiham edildi. Qalmaqal Ledbiterin istefası və teosof cəmiyyətinin Avropada nüfuzunun düşməsi ilə nəticələndi. Elə bu vaxt Q. Olkot səhhətinin pisləşdiyini hiss edərək öz varisi kimi teosof cəmiyyətinin prezidenti vəzifəsinə Anna Bezantı təyin etdi ki, bu da öz növbəsində yazıçı A. P. Sinnet başda olmaqla digər namizədlərin narazılığına səbəb oldu. Çünki cəmiyyətin nizamnaməsinə görə, Olkot varis təyin etmək hüququna malik deyildi, o, yalnız namizədin adını açıqlaya bilərdi. Olkotun ölümündən sonra 1907-ci ildə cəmiyyətin mənsublarının əksəriyyətinin səs verməsi ilə Anna Bezant prezident seçildi. O, Ledbiteri cəmiyyətin sıralarına bərpa etdikdən sonra növbəti qalmaqal baş verdi. Belə ki, bu qərara qəti etirazını bildirən Sidney lojası tam heyətlə teosof cəmiyyətindən ayrıldı. Anna Bezant prezident olduqdan sonra teosof cəmiyyəti qarşısında onu dünyanın ən görkəmli dini-sosial cərəyanına çevirəcəyi ilə bağlı məsələ qoydu. Bezant rəhbər kimi öz fəaliyyət dövrü ərzində bir sıra digər təşkilatlar yaratdı və mahiyyətcə yaxın olan bir çox cəmiyyətləri də aktiv dəstəklədi. Məsələn, onlardan В"Teosof ibadət komitəsiВ", В"Hindistan oğullarıВ", В"Hindistan qızlarıВ", В"Teosof fəaliyyət komitəsiВ", В"Qızıl gül və xaç məbədiВ", В"Müqəddəs Xristofor liqasıВ", В"Müasir düşüncə liqasıВ", В"Bütün dünyada sülh ordeniВ", В"İnsanı tədqiq liqasıВ" və s. adlarını çəkmək olar. Bezant və Ledbiter cəmiyyətin fəaliyyətinin canlandırılmasına və təzələnməsinə ehtiyac olduğunu hiss edirdilər. Elə bu məqsədlə də Ledbiter irəli sürdü ki, yeni eranın elan olunması üçün, tanrı Maytreyin yer üzərində yeni məsih-В"Dünyanın müəllimiВ" kimi təzahür etməsi gözlənilir. Ledbiter tələsik öz tələbələri arasında В"məsihinВ" roluna uyğun namizəd axtarmağa başladı. Bu namizədlər Krişnamurti və Xyubert van Huk oldular. 1910-cu ildə Bezant Benaresdə В"Sarı şal qruppasıВ"nı, onun tərkibində isə В"Fırfır ordeniВ"ni yaratdı. Hər iki təşkilatın rəhbəri məhz Krişnamurti təyin olundu. 1911-ci ildə isə В"Doğan günəş ordeniВ" təsis olundu (Daha sonra В"Şərqin ulduzu ordeniВ" adıyla dəyişdirildi). Krişnamurtinin populyarlığı 1911-ci ildə teosof cəmiyyətinin mənsublarının sayını 16 minə qaldırdı. 1920-ci ildə isə artıq bu rəqəm 36 minə çatmışdı. Anna Bezantın fəaliyyəti nəticəsində cəmiyyət tədricən elmi-fəlsəfi mahiyyətini itirərək çətin ayinləri, təsirli geyim və bəzəkləri olan bir növ В"teatr şousuВ"na bənzəməyə başlamışdı. 1910-cu ildə teosof cəmiyyətinin alman lojasının rəhbəri R. Şteyner ilə Anna Bezantın tərəfdarları arasında Krişnamurtinin В"məsihlikВ" məsələsi ilə bağlı baş verən konflikt cəmiyyətin parçalanması ilə nəticələndi. Teosofiyadan antroposofiya yarandı və 1913-cü ildə Şteynerin təsiri ilə teosof cəmiyyətinin rəhbərlərinin daimi didişməsi nəticəsində alman filialı cəmiyyətdən ayrıldı.
1916-cı ildə teosof cəmiyyətinin fəal üzvü Ceymis Uveycvudun sayəsində onun daxil olduğu Qədim katolik kilsəsində də parçalanma baş verdi. Qədim katolik kilsəsindən həm onların, həm də teosofların doqmatik baxışlarını birləşdirən Liberal katolik kilsəsi ayrılaraq fəaliyyət göstərməyə başladı. Birinci düya müharibəsinin sona yetməsi ilə mənəvi boşluq şəraitinin, ənənəvi dəyərlərdə və Avropa mədəniyyətində olan böhranın məyusluğu nəticəsində teosof cəmiyyətinin mənsubları arasındakı artım yüksək templi oldu. Buna baxmayaraq, 1925-ci ilin sonunda cəmiyyətin rəhbərləri arasında olan çəkişmə və nifaqı müşahidə etməkdən təngə gələn Çex filialı bütünlüklə ayrılmağa qərar verdi. Beləliklə, 1928-ci il üçün cəmiyyət mənsublarının say göstəricisi 45 min nəfərə çatmışdı. Alman nasistlərinin hakimiyyətə gəlməsi ilə teosof cəmiyyətinin Almaniyada və onların işğal etdikləri ərazilərdəki filialları məhv edildi. İkinci dünya müharibəsindən sonra isə cəmiyyətinin əsas fəaliyyəti vaizlik və təlim üzrə cəmləşdi. Zamanla çoxsaylı okkultik istiqamətli sektaların aktivləşməsi, praktik olaraq teosof cəmiyyətinin müstəsnalıq mahiyyətini tarazlamağa başladı.
Teosof cəmiyyətinin Rusiyadakı fəaliyyəti İlk rus teosof cəmiyyəti 1908-ci ildə yaradıldı, lakin 1901-ci ildən artıq ilk dərnəklər fəaliyyət göstərməyə başlamışdı. cəmiyyətin lojaları Moskvada, Sankt-Peterbuqda, Smolenskdə, Kievdə, Yaltada, Kaluqada və Rostov-Donda mövcud idi və 400-ə yaxın mənsubu ətrafında toplaya bilmişdi. Rus teosof cəmiyyəti Samara şəhərində dövri olaraq özünün В"Teosof həyatВ", Petroqradda isə В"Teosofiyanın carçısıВ" adlı jurnallarını buraxırdı. Teosof idealları rus və hindistan ruhaniliyi arasında əlaqə, Himalaya səyahət edən XX əsrin humanist filosofu və rəssamı Nikolay Rerixin əsərlərində də öz əksini tapmışdı. O, öz rəsm əsərlərində dağlarda gördüyü mənəvi işığı və bir çox dini ənənələrdəki müqəddəs fiqurları əks elətdirərək tesofiya fəlsəfsinin yayılmasına güclü təkan verirdi. Buna baxmayaraq, teosof cəmiyyəti onun yerlərdə qeydiyyatdan keçməsinə mane olan Pravoslav kilsəsinin müqavimətinə rast gəldi. 1918-ci ildə Sovet hakimiyyətinin bütün mistik, dini və okkultik qrupların ləğv edilməsi ilə bağlı dekretinə əsasən cəmiyyət bağlandı. Teosof cəmiyyətinin rəsmi bağlanmasına baxmayaraq, onun bir sıra üzvləri öz fəaliyyətlərini mühacirətdə davam etdirdilər. cəmiyyət öz fəaliyyətini yalnız 1991-ci ildə ictimai təşkilat kimi qeydiyyatdan keçdikdən sonra bərpa edə bildi. Elə həmin il rus teosof cəmiyyəti Adyarda yerləşən beynəlxalq teosof cəmiyyətində öz üzvlüyünü bərpa etməyə çalışdı. Sonuncular öz növbəsində bir sıra tələblər irəli sürərək, Rerixin adını çəkməməyi və Aqni-Yoqanı qəbuldan imtina etməyi vurğulayırdılar. Yeni rus teosof cəmiyyətinin güzəştə getməsinə baxmayaraq, Beynəlxalq teosof cəmiyyətindən qeydiyyatdan keçmək yenə də mümkün olmadı.
XX əsrin 90-cı illərinin əvvəli rus teosof cəmiyyəti qızğın fəaliyyətə cəhd etdi. Bu məqsədlə mühazirələr, seminarlar, teosof qiraət və hətta poeziya gecələri, eyni zamanda rəsm sərgiləri keçirilməyə başladı. 1992-ci ildə cəmiyyətin bazasında teosofiya ilə bağlı əsərlər çap edən В"SferaВ" nəşriyyatı yaradıldı. 1994-cü ildə isə parçalanma baş verdi və bu öz növbəsində onsuz da səbatsız olan birliyi daha da zəiflətdi. Bu şərait, daha doğrusu, maliyyə problemləri bir sıra dəyişikliyə, xüsusilə də 1997-ci ildə teosofçu və rerixçi qrupların rəsmi birləşməsinə gətirib çıxartdı. 2000-ci ildən isə teosofiya ilə bağlı rəsmi İnternet saytları, həmçinin kitab və jurnallar çap edən nəşriyyatlar fəaliyyət göstərir
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- Сведения о Теософическом обществе. // Блаватская Е.П. Тайная доктрина. Изд-во "Парабола".
- Теософия. Краткий философский словарь / А. П. Алексеев, Г. Г. Васильев и др.; Под ред. А. П. Алексеева — 2-е изд., перераб. и доп. — М.: ТК Велби, Изд-во Проспект, 2004. Словарь подготовлен коллективом кафедры философии гуманитарных факультетов Московского государственного университета имени М. В. Ломоносова.
- Теософия, теософическое движение и общество в России. Неофициальный сайт Теософского общества (Россия).
- Theosophical society — Adyar. Международный официальный сайт Теософского общества.
- Blavatsky Net — Theosophy . Сайт о Е. П. Блаватской и теософии.
- Определение Архиерейского Собора Русской Православной Церкви "О псевдохристианских сектах, неоязычестве и оккультизме" Arxivləşdirilib 2010-07-20 at the Wayback Machine
- Обращение секции философии и религиоведения общества "Знание" России к разработчикам законопроекта РФ "О свободе совести и религиозных организациях" и участникам парламентских слушаний Arxivləşdirilib 2009-12-27 at the Wayback Machine