Teodorus Kirenali - Wikipedia
Kirenalı Teodorus və ya Ateist Teodor (yun. Θεόδωρος, m. ö. V – IV yüzilliklər) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir.[1].
Teodorus | |
---|---|
q.yun. Θεόδωρος | |
Doğum tarixi | e.ə. 340 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 250 |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Fəlsəfəsi
redaktəTeodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də “Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar haqqında” kitab da yazmışdır. Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir. Bunların ortası isə həzz və ağrıdır.
Dostluq əslində yoxdur. Maraqlar sona çatan kimi dostluq da qurtarır. Müdrik insan isə özü özünə yetərlidir, ona dost lazım deyildir. Həmçinin ağıllı insan üçün bütün dünya vətəndir, hansısa bir yerə bağlı olmaq olmaz.
Oğurluq, əxlaqsızlıq, müqəddəsliyə qarşı olmaq kimi əməllərdən ikrah doğuran bir şey yoxdur. Bu anlayışlar təbiətdən deyil, yalnız insan cəmiyyətindən irəli gəlir. Buna görə də, bu anlayışlar haqqında cəmiyyətdə qəbul olunmuş fikirlərlə razılaşmaq olmaz. Bu barədə müdrikin öz fikri olmalıdır. Bu əməllərə görə ictimai qınaqlar ağılsızların qarşısını almaq üçün tətbiq edilmişdir. Bunlar müdrik insan üçün deyildir.
Mənbə
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 109. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 109. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Dorandi, Tiziano (1999). "Chapter 2: Chronology". In Algra, Keimpe; et al. The Cambridge History of Hellenistic Philosophy. Cambridge: Cambridge University Press. p. 52.
- Filonik, Jakub (2013). "Athenian impiety trials: a reappraisal". Dike (16): 75–76. doi:10.13130/1128-8221/4290.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 93.