Telman Zeynalov - Wikipedia
Telman Heydər oğlu Zeynalov (20 oktyabr 1931, Bakı – 12 yanvar 2024, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992) Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən).
Telman Zeynalov | |
---|---|
Doğum tarixi | 20 oktyabr 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 12 yanvar 2024 (92 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
zeynalovtelman.art |
Həyatı
redaktəTelman Heydər oğlu Zeynalov 20 oktyabr 1931-ci ildə Bakıda anadan olub. Valideynləri Heydər Ələkbər oğlu Zeynalov və Dürrə Əsəd qızı Zeynalovadır. 1939–1947-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə oxuyub, 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsinə qəbul olub. 1951-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1956–1962-ci illərdə V. İ. Muxina adına Leninqrad ali incəsənət-sənaye məktəbində (indiki Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası) heykəltaraşlıq ixtisası üzrə təhsil alıb. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak edib, 1965-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv olub. 1977–1991-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı yanında heykəltaraşlıq üzrə bədii şuranın sədri, 1982 və 1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinə üzv seçilib.
Yaradıcılığı
redaktəTelman Zeynalov qardaşı Eldar Zeynalovla (1937–2001) birgə bir sıra məşhur əsərə həmmüəlliflik edib:
- 1970-ci ildə Nəriman Nərimanovun barelyefi (mis) — Moskvada I Beynəlxalq Kitab Sərgisində nümayiş olunub (Azərbaycan Dövlət Nəşriyyat Komitəsinin mülkiyyətidir);
- 1973-cü ildə Bakıda Nəsimi abidəsinin müsabiqə layihəsi (ikinci mükafat, birinci mükafata heç bir əsər layiq görülməmişdi);
- Lənkəranda Böyük Vətən müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument (açılışı 1978-ci ildə baş tutub və əsər Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb);
- Ulyanovsk şəhərinin "Xalqlar dostluğu" parkında "Azərbaycan tarixindən səhifələr" daş abidəsi (Rusiya, 1976) ;
- Şamama Ələsgərovanın xatirəsinə tuncdan memorial lövhə (1980);
- Üzeyir Hacıbəyovun ev-muzeyi üçün xatirəsinə tuncdan memorial lövhə (1985, Bakı);
- "Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı (tuncdan, 1987, Bakı);
- Nizami Gəncəvinin xatirəsinə abidə (tunc-qranitdən, 1991-ci il, Moskva);
- "Şəhidin xatirəsinə" abidəsi (tuncdan, 1992, Xürrəmşəhr, İran);
- Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları (Bakı);
- "Bulaqda çimən Şirin" relyef-miniatürü (tunc, 1992, Bakı, Rüstəm Mustafayev adına Təsviri İncəsənət Muzeyi);
- "İsgəndər Nüşabənin sarayında" relyef-miniatürü (tuncdan, 1992, Bakı, R. Mustafayev adına Təsviri İncəsənət Muzeyi).
Mükafatları və fəxri adları
redaktə- Azərbaycan SSR Dövlət mükafatı — 1978 (Həlak olmuş döyüşçülər şərəfinə Lənkəran şəhərində memoriala görə)[1]
- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 4 mart 1992[2]
- "Humay" milli mükafatı — 2001
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002-ci ildən[3]
Qalereya
redaktə-
Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument, Eldar Zeynalovla birgə 1976-cı il (Lənkəran)
-
"Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı Eldar Zeynalovla birgə 1987-cı il (Bakı)[4]
-
Ulyanovsk "Xalqlar dostluğu" parkı "Azərbaycan tarixindən səhifələr" abidəsi Eldar Zeynalovla birgə 1976-cı il (Rusiya)
-
Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları Eldar Zeynalovla birgə (Bakı)
-
Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları Eldar Zeynalovla birgə (Bakı)
-
Nizami Gəncəvinin xatirəsinə abidə Eldar Zeynalovla birgə 1991-ci il, (Moskva)[5]
-
"Səttar Bəhlulzadə" yubiley medalı 1992-ci il Eldar Zeynalovla birgə
-
"Üzeyir Hacıbəyov" yubiley medalı, 1985-ci il, Eldar Zeynalovla birgə
-
"Səməd Vurğun" yubiley medalı, 1975-ci il Eldar Zeynalovla birgə
-
“Nizami” yubiley medalı 1991-ci il Eldar Zeynalovla birgə
-
"Üzeyir Hacıbəyov" xatirə lövhəsi Eldar Zeynalovla birgə
-
Şamama Məmməd qızı Ələsgərova xatirə lövhəsi Eldar Zeynalovla birgə
-
"Neftçi Qurban" memorialı Eldar Zeynalovla birgə
-
"Mirzə Əjdər oğlu İbrahimov" xatirə lövhəsi Eldar Zeynalovla birgə
İstinadlar
redaktə- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 1992-ci il tarixli, 604 nömrəli Fərmanı Arxivləşdirilib 2022-10-23 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 942 saylı, 11 iyun 2002-ci il tarixli Sərəncamı". e-qanun.az (az.). e-qanun.gov.az. 11 iyun 2002. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
- ↑ "Bakının mərkəzindəki abidə-fontan hara yoxa çıxıb? - Foto". axar.az (az.). 12.07.2021. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.
- ↑ "11.6. ИЗОБРАЗИТЕЛЬНОЕ И ДЕКОРАТИВНО-ПРИКЛАДНОЕ ИСКУССТВО 11.6.1. Изобразительное искусство". ensiklopediya.gov.az (az.). Azərbaycan Milli Ensiklopediyası. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2021.
Среди новых значительных творений азербайджанских скульпторов можно назвать памятники Низами Гянджеви в Москве (1991, братья Тельман и Эльдар Зейналовы)