Tebulosmta - Wikipedia
Tebulosmta, Dakuox-Kort (çeç. ТӀуьйли-лам, gürc. თებულოსმთა) — Şərqi Qafqazda dağ; Çeçenistan Respublikasının ən yüksək zirvəsi; Ən yüksək zirvəsi 4494 m.
Tebulosmta | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Böyük Qafqaz |
Mütləq hündürlüyü | 4.493 m |
Nisbi hündürlüyü | 2.145 m[1] |
Hündür zirvəsi | 4494 m. |
Yerləşməsi | |
42°34′24″ şm. e. 45°18′43″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəTebulosmta dağı Çeçenistan, Gürcüstan (Tuşetiya) sərhəddində yerləşir. Çeçenistan Respublikasının cənub hissəsi Böyük Qafqaz dağları silsiləsi ilə əhatə olunmuşdur. Sıx meşəli dağların cənubunda otlaq silsilə uzanır. Otlaq silsiləsinin arxa hissəsində daha hündür və daha sərt qaya silsiləsinin yamaclarında və Gürcüstana sərhəd boyunca dəniz səviyyəsindən 4494 metr yüksəklikdə Tebulosmta zirvəsi (Tuloy-Lam) ilə yanal silsiləsinin qarlı dağ silsiləsi uzanır. Bu təkcə Çeçenistanın deyil, bütün Şərqi Qafqazın ən yüksək nöqtəsidir. Otlaq, qaya və yanal silsilələrinin şimal yamaclarının ətəyi meşələrlə örtülmüşdür.
Tebulosmta zirvəsi daima qarla örtülü olur. dəniz səviyyəsindən hündürlüyü 4492 metr təşkil edir. Buzlaqların sahəsi təxminən 3 km²-dir. Yura şistləri və qum daşlarından ibarətdir.[2]
Etimologiyası
redaktəTebulosmta adının mənşəyi bu dağın ətəyində yerləşən çeçen aulu Tebulanın və çeçencə mta (yer) sözlərinin birləşməsindən yaranan toponimdir. [3][4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://www.peakbagger.com/peak.aspx?pid=10426.
- ↑ Значение слова тебулосмта
- ↑ Сулейбанова Маржан Умаровна. Комипозитное словообразование в нахских языках Arxivləşdirilib 2022-05-06 at the Wayback Machine // автореферат дис. ... доктора филологических наук : 10.02.02. — 2009. — P. 34. — Махачкала.
- ↑ "Военно-топографическая пятиверстная карта Кавказского края 1877 года". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.