Tavadliq - Wikipedia
Tavadlıq - Haqqında Məlumat
Tavadlıq (gür.: g.ə. სათავადო, l.ə. satavado) — XV-XVIII əsrlərdə Gürcüstanda II dərəcəli irsi feodal mülkədarlıq.[1] Tavadlıqlar Kartli-Kaxetiya krallığında kral (gür.: g.ə. მეფე, l.ə. mepe) titulu daşıyan I dərəcəli feodaldan sonra II dərəcəli iri feodallar olan tavadlara məxsus idilər. Mərkəzi hakimiyyətdən demək olarki asılı olmayan tavadlar, kralın apardığı müharibələrdə iştirak etməyə borclu idilər.[1] Rusdilli tarixi sənədlərdə "tavadlıq" knyazlıqlara bərabər tutulmuş və "tavad" titulu olan ali zadəganlar knyaz olaraq təqdim edilmişdirlər.
İstinadlar
redaktə- ↑ 1 2 "Сатавадо - Большая Советская Энциклопедия, БСЭ". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-11.