Tataristan Dovlet Humanitar Elmler Ve Pedaqogika Universiteti - Wikipedia
Tatarıstan Dövlət Humanitar Elmlər və Pedaqogika Universiteti (tatar. Татар дәүләт гуманитар-педагогика университеты; rus. Татарский государственный гуманитарно-педагогический университет) Rusiya Federasiyasının Kazan şəhərində yerləşən universitetlərdən biridir. Universitet 2005-ci ildə tatar dilindən tədris dili kimi istifadə edən və ya tatar dilinin tədqiqi üzrə ixtisaslaşmış olan bir çox müxtəlif institutların (məsələn, Kazan Dövlət Pedaqoji Universiteti və 1996-cı ildə tatar dilində verilən ali təhsilin sahələrinin genişləndirilməsi məqsədilə yaradılmış olan Tatar Dövlət Humanitar Elmlər İnstitutu) birləşdirilməsi nəticəsində yaradılmışdır. Bu universitet Moskva Dövlət Pedaqoji Universiteti və Sankt-Peterburqdakı Hertzen Universitetindən sonra Rusiyanın üçüncü ən qədim pedaqoji universiteti hesab olunan Kazan Dövlət Pedaqoji Universitetinin varisi hesab olunur.[1]
Tatarıstan Dövlət Humanitar Elmlər və Pedaqogika Universiteti | |
---|---|
55°47′04″ şm. e. 49°07′02″ ş. u.HGYO | |
Əsası qoyulub | 1876 |
Ölkə | |
Sayt | kpfu.ru/math/history/ist… |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəUniversitetin əsası 1876-cı il oktyabr ayının 24-də Kazan şəhərində "Kazan Müəllimlər İnstitutu" (rus. Казанский учительский институт) adı ilə gələcəkdə şəhərin orta məktəblərində dərs deyəcək müəllimləri hazırlamaq məqsədilə qoyulmuşdur. 1917-ci il Rusiya inqilabından sonra bu ali təhsil müəssisəsi 1918-ci ildə yenidən "Kazan Pedaqoji İnstitutu" (rus. Казанский учительский институт) adı ilə yaradılmışdır.[2] Daha sonra isə bu universitet bir-birinin ardınca Şərq Pedaqoji İnstitutu (1922), Tatar Pedaqoji İnstitutu (1931), Kazan Dövlət Pedaqoji İnstitutu (1934) və Kazan Dövlət Pedaqoji Universiteti (1994) kimi müxtəlif ad dəyişikliklərinə məruz qalaraq fəaliyyət göstərmişdir. Tarixi boyu universitetin strukturu, rolu və adı beynəlxalq siyasətdə davamlı olaraq baş verən dəyişikliklərə müvafiq olaraq dəyişsə də, bütün bu müddət ərzində hələ də regionun aparıcı pedaqoji institutu statusunu hifz edib saxlamağa nail ola bilmişdir. 2005-ci ildə Tatar Dövlət Humanitar Elmlər Universiteti, Tatar-Amerika Regional İnstitutu və Kazan Dövlət Pedaqoji Universitetinin birləşməsi nəticəsində Tatarıstan Dövlət Humanitar Elmlər və Pedaqogika Universiteti yaradılmışdır.[3]
Bu birləşmə nəticəsində universitetdə dördü yeni olmaqla ümumilikdə on altı fakültə yaradılmışdır; universitetdə həmçinin elmin 28 müxtəlif sahəsindən dərslər təklif edilməyə başlanılmış və ümumilikdə universitetə 15.000-dən çox tələbə qəbul edilmişdir.[4] Tatarıstan Respublikasının dil siyasətinə və universitetin tatar təhsilindəki roluna müvafiq olaraq bəzi fakültələrdə həm rus, həm də tatar dillərində mühazirələr keçirilməyə və ev tapşırıqları verilməyə başlanılmışdır. Tələbələr bakalavr təhsillərinin dördüncü ilində təhsil aldıqları sahə ilə əlaqədar olaraq təcrübə (staj) keçirlər; Bu staj əsasən müəllimlik stajıdır.
İstinadlar
redaktə- ↑ Gorenburg, Dmitry. "Tatar Language Policies in Comparative Perspectives : Why Some Revivals Fail and Succeed" (PDF). Ab Imperio. 1/2005. 2005. 2021-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-07-07.
- ↑ ГАУ при КМ РТ, НА РТ. Путеводитель. "Казанский учительский институт" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- ↑ ТГГПУ. "История университета" Arxiv surəti 23 yanvar 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-01-23 at the Wayback Machine.
- ↑ ТГГПУ. "Университет сегодня" Arxiv surəti 24 yanvar 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-01-24 at the Wayback Machine.