Tarixi Nadir Astrabadi - Wikipedia
Tarix-e Cahanqoşa-ye Nadiri və ya Tarixi-cəhangüşayi-Nadiri (farsca:جهانگشای نادری), ya da qısaca Tarixi-Nadir — Nadir şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astrabadi tərəfindən yazılan tarixçilik əsəri.[1]
Tarix-e Cahanqoşa-ye Nadiri | |
---|---|
farsca:جهانگشای نادری | |
| |
Müəllif | Mirzə Mehdi xan Astrabadi |
Janr | Tarixi |
Mövzu | Əsasən Nadir şahın fəaliyyəti olmaqla, 1708-ci ildən 1748-ci ilə qədər baş vermiş hadisələr. |
Orijinalın dili | Farsca |
Ölkə | Əfşar imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
“Tarixi-Nadiri” adı ilə tanınan “Tarixi-cəhangüşayi-Nadiri” əsərinin adı Azərbaycanca “Dünyanı fəth edən Nadirin tarixi” deməkdir.[2]
Haqqında
redaktəKitabı yazan Nadir şahın rəsmi tarixçisi və katibi Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmışdır.Bu kitab Nadirin hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən ən önəmli əsər hesab edilir. Kitabın müəllifi Mirzə Mehdi xan Nadirin məmuru olaraq həmişə onun yanında olmuş və hadisələri birbaşa öz gözləri ilə görmüşdür.[1]
Görünən odur ki, kitabın ilk adı Tarix-e Nadiri olmuş, lakin sonradan Cahanqoşa-ye Nadiri deyə adlandırılmışdır. Müəllif özü kitabı Ruznamça-i Zəfər (farsca:روزنامچه ظفر) adlandırmışdır. Kitabda 1708-ci ildən 1748-ci ilə qədərki hadisələr təsvir edilmişdir. Kitab son bəhs etdiyi hadisələr Nadir şahın öldürülməsindən bir il sonra baş verən hadisələrdir. Müəllifin bu kitabından başqa bir kitabı da mövcuddur. Bu kitab Darra-i Nadir adlandırılmaqla birlikdə, Tarix-e Cahanqoşa-ye Nadiri kitabının daha qısa versiyasıdır.[1]
Farsca yazılmış kitabda ərəb dilindən alınmış sözlər çoxluq təşkil etməkdədir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Tucker, 2008
- ↑ "Nadir şah Əfşarın məktubları işıq üzü gördü". Azadlıq Radiosu. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
Mənbə
redaktə- Ernest Tucker. JAHĀNGOŠĀ-YE NĀDERI. London and New York: Encyclopædia Iranica, Volume XIV/4:Routledge & Kegan Paul. Ehsan Yarşater. 2008. səh. 382–383. ISBN 978-1-934283-04-2..