Tarix Felsefesi - Wikipedia
Tarix fəlsəfəsi — fəlsəfənin bir istiqaməti.
İnsanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antoqonist xarakter daşıyan; ona görə də tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir. Belə ki, hər bir partiya, hər bir sosial qrup keçmişi öz mənafeləri mövqelərindən izah etməyə çalışır.
Tarix fəlsəfəsi haqqında alimlərin fikri
redaktə- İbn Xəldunə qədər heç kim tarix fəlsəfəsini yazmamışdır. Bu nəzəriyyəni tarixi hekayə kimi qəbul edirdilər. Hələ XIV əsrdə yaşamış ərəb tədqiqatçısı İbn-Xəldun qeyd edirdi ki, tarix fəlsəfəsi tarixin tənqidindən qüdrətli bir alətdir. O, tarixin fəlsəfəsi olduğunu irəli sürmüşdür.
Tarixin bir elm olduğunu üzə çıxaran, onun qanunlarını açıqlayan İbn Xəldun tarixi nağıl və hekayə olmaqdan çıxarmışdır. O, bu elmin məqsədini "ictimai həyatı öyrənmək" olaraq qəbul etmişdir.
- Tarix fəlsəfəsinin əleyhinə çıxanlardan biri Şellinq olmuşdur. Onun dediyi əsas fikir ondan ibarət idi ki, tarixi faktların təkrarı mümkün deyildir, yəni hər bir tarixi hadisənin mütləq fərdiliyi və konkretliliyi mövcuddur. Şopenhauer isə yazirdi ki, "tarix özünün hər bir səhifəsində müxtəlif şəkildə eyni yazılar yazır, yalnız adlar və dövrlər dəyişir. Tarixdə biliyin subordinasiyası ("qarşılıqlı aslılığı") yoxdur, tarixdə hökmranlıq edən bliyin koordinasiyası (mütənasibliyi) var. Tarix cəmiyyət üçün heç bir faktı təqdim edə bilmir. Tarix işarədir, elm deyildir. Tarixi fəaliyyətdən insan "iradə subyekti" olaraq, daim iradə aktları ilə rastlaşır və əbədi olaraq susuzluqdan əziyyət çəkən Danaidanın xəlbiri ilə su daşıyan Tantala bənzəyir (qədimi yun an əfsanəsinin qəhrəmanları)".
- Adolf Ketle öz "Sosial fizika" əsərində yazırdı: "Dəhşətli dəqiqlik və ardıcıllıqla öyrəndiyimiz bir büccə var. Bu, həbsxana, katorqa və eşafot büccəsidir. Bax, bu büccənin azaldılması üçün çalışmalıyıq, bunun üçün, şübhəsiz, ictimai quruluşumuzu dəyişdirməliyik ki, nəticədə belə ürək ağrısından mənzərə də dəyişsin; cəmiyyətin özü cinayətkarları yetişdirir, cinayətkar onun əlində bir alətdir. Hiss edirsən ki, insan nəsli vahid, oxşar bir senari üzrə hərəkət edir; ayrı-ayrı fərdlərin bütün fəaliyyəti pərakəndə və sistemsiz göründüyü qədər cəmiyyətin əlamətləri bir o qədər məqsədyönlü görünür".
- Con Stüart Mill özünün "Məntiq sistemi" əsərində yazırdı ki, tarixdə tamamilə oxşar iki hadisəyə rast gəlmək olmur. "Bütün sosial hadisələr insan təbiətinin ifadəsi olaraq xarici şəraiti ilə müəyyən olunur; burdan nəticə çıxarmaq olar ki, insanən ağlı, duyğuları və iradəsi müəyyən, dəyişilməz qanunlara tabedirsə, sosial həyatın hadisələri də insan təbiəti ilə müəyyən edilən dəyişilməz qanunlara tabedir".
Vilhelm Fon Humbolt tarixin ən çətin vəzifəsini hər hansı bir faktın olduğu kimi müəyyən edilməsində görürdü. Tarix fəlsəfəsi bu tarixi vəzifənin yerinə yetirilməsini xeyli yüngülləşdirir. Henrix Ritter "Fəlsəfə elmlərin ensiklopediyasında" yazırdı : "Əgər biz tarixin qırıntıları və tikələrindən elmi cəhətdən möhkəm olan bir binanı qurmaq istəyiriksə, bu işi müəyyən bir plan əsasında görməliyik. Belə fəlsəfi məsələlərin həlli heç tarix ilə məşğul olmayanlar üçün də faydalıdır". Söhbət tarixin metodologiyasından gedir.
Tarix fəlsəfəsi və sosiologiya
redaktəTarix fəlsəfəsi sosiologiya ilə xeyli yaxındır. O. Kont sosiologiya haqqında yazırdı: "sosiologiya təkrarlanan hadisələri öyrənir, bunu, ayrı-ayrı şəxslərin, hətta xalqların adlarını belə nəzərə almadan edir". Tarixi və onun istiqamətini isə inkişaf və tərəqqi prinsipi müəyyən edir. Bu fikri, fransız materialistləri ilə yanaşı K. Marks da ifadə edib. XIX əsrin tədqiqatçıları (Kartev) tərəqqini "tarixin canı" adlandırırdılar. Karl Ernst Fon-Ber yazırdı ki, "ümumdünya tarixi əslində bəşəriyyətin əbədi maraqlarının inkişafı tarixidir". Tərəqqi bütün insan fəaliyyətinin sahələrində baş verir: iqtisadiyyatda, elmdə, mədəniyyətdə və s.
Sosiologiya ictimai fəaliyyət növləri və formalarının mövcudluğu və inkişafı şərtlərini öyrənir. Cəmiyyət insanı yalnız təbii imkan və keyfiyyətləri hüdudlarında dəyişdirib inkişaf etdirə bilər. Digər tərəfdən, ictimai formalar fərdin, insanın təbii meylləri və qüvvələrinin inkişafının nəinki səbəbi, həm də məhsuludur. Qumploviç, Pol Bart və O. Kontun tarixi fəlsəfi sistemi, əslində bizim indi adlandırdığımız tarix fəlsəfəsidir. Kont yazırdı: "İnsan təkamülünün başlıca nəzəriyyəsi kifayət qədər müəyyən edilib, bu da, tarix fəlsəfənin bilavasitəqurulması üçün əsasdır".
Tarix fəlsəfəsinə inamın az olmasının səbəblərindən biri də bu barədə çoxlu fəlsəfi sistem və cərəyanların olmasıdır. Tarix fəlsəfəsinə irad tutula biləcək daha bir neçə məsələ var: 1) keçmiş haqqında biliklərin az olması; 2) tarixi hadisələrin mürəkkəbliyi.
Tarixi proseslərin ümumi xarakterini öyrənmək üçün məlim tarixi hadisələrin yaranmasının səbəblərini bilmək vacibdir. Fransız tarixçisi İppolit Ten qeyd edirdi ki, "tarixdə faktları zəruri əlaqələr ilə birləşdirmək lazımdır ki, onlar əbədi olaraq inandırıcı olsunlar".
Tarix fəlsəfəsinə yeni baxış
redaktəƏvvəlki tədqiqatçılar tarix fəlsəfəsini səbəb-nəticə əlaqələri əsasında yaradırdılarsa (o cümlədən K. Marks, O. Kont, E. Dürkheym), indikilər, dünyanın yeni elmi mənzərəsinə uyğun olaraq, tarixi prosesin mürəkkəbliyi, çox ölçülülüyü və alternativliyini görür, onun insan azadlığı əsasında həyata keçerilməsi ehtimalını qeyd edirlər. Onlar göstərirlər ki, söhbət arzuolunan və mümkün tarixdən gedir. Sosial davranışın müxtəlif növləri və strategiyaları tarixin məzmununu təşkil edir, o isə bizə geniş sosial yaradıcılıq imkanları verir. Eyni zamanda, yalnız məqsədlərin ölçüsü və əhəmiyyətinə görə nizamlanması və gələcəyə inamın olması bu yaradıcılığın əzmini möhkəmləndirə bilir.
Tarix, insanın əlinə seçmək imkanı verir, amma bununla heç də həmişə xoşbəxt final vəd etmir. XXI əsrdə yəqin ki, tarixin yeni konsepsiyası yaranacaq və burada ilk əvvəl ekoloji, əxlaqi, sosiomədəni dəyərlər əsas yer tutacaqdır, çünki bu dəyərlər Yer üzündə insanın yaşaması üçün zəriri qarantiyadır.
Tarix fəlsəfəsinin istiqamətləri
redaktəTarix fəlsəfəsi, getdikcə özünə daha çox davamçı taparaq, müasir dövrdə ictimai elmlər sırasınd özünə layiqli yer tutur. Müasir dövrün görkəmli filosofu Q. Rikkert tarix fəlsəfəsinin üç vəzifəsini göstərir:
- tarixi prosesin ümumiləşdirilməsi, vahid ümumdünya tarixinə ayrı-ayrı "tarixlərin" gətirilməsi və öyrənilməsi;
- tarixin mahiyyətinin axtarılması;
- tarixi idrakın metodologiyasının yaradılması.
Tarix fəlsəfəsinin əhəmiyyəti
redaktəTarix fəlsəfəsinin praktiki əhəmiyyəti çox böyükdür. Məlumdur ki, ictimai həyat mürəkkəb və rəngarəngdir. Ölkələrin siyasi həyatında getdikcə daha çox sosial təbəqə və qruplar iştirak edir; bəzən elə vəziyyət yaranır ki, mühüm, tarixi əhəmiyyətli məsələlərin həllində bütün cəmiyyət iştirak etməli, birinci növbədə ona öz münasibətini göstərməlidir. Hər bir vətəndaş bu məsələlərin həllində iştirak etməlidir; siyasi təəssübündən asılı olmayaraq, yəni istər kanservator, istər inqilabçı tarixi proseslərin mahiyyətini dərk etməlidir. Belə olmasa, hər birimiz, labüd bir hadisəyə qarşı mübarizə aparan Don-Kixota çevrilə bilərik. Tarixin dərki müasir dövrdə həyati bir məsələdir. Xüsusilə bu, milyonlarla insanların taleyinə cavabdeh olan dövlət xadimləri və siyasi partiya liderlərinə aiddir. Bunların səhvi faciə ilə bitə bilər. Ogüst Kont hələ 1825-ci ildə yazırdı ki, ictimai inkişafın qanunlarının öyrənilməsi insana öncəgörmə imkanı verir, bu da öz növbəsində fəaliyyətimizin olub-olmamasını müəyyən etməyə şərait yaradır.[1]
İstinadlar
redaktə- ↑ "Cəmiyyətin tarixi və tarix fəlsəfəsi". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-14.