Tarix Etnoqrafiya Ve Arxeologiya Institutu - Wikipedia
Tarix,_Etnoqrafiya_və_Arxeologiya_İnstitutu - Haqqında Məlumat
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu (AMEA Naxçıvan Bölməsi) | |
---|---|
Əsası qoyulub | 2002 |
Direktor |
Hacıfəxrəddin Səfərli AMEA-nın müxbir üzvü |
Şəhər | Naxçıvan |
Ölkə | |
Sayt | ameanb.nakhchivan.az/?p=… |
Tarixi
redaktəAzərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi əsasında yaradılmışdır.
Elmi nəticələr
redaktə- Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 06 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işi sistemli şəkildə davam etdirilməklə başa çatdırılmışdır. Haliyədə 1200-dən artıq abidə qeydə alınmış və pasportlaşdırılmışdır. Bu abidələrdən 800-dən artığı indiyədək elm aləminə məlum olmamış, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir.
- Aparılan tədqiqatlarla yanaşı 2008-ci ildə Institutun həyatında mühüm hadisə kimi "Naxçıvan abidələri" ensiklopediyası, 2010-cu ildə isə "Naxçıvanın tarixi atlası" çap olunmuşdur.
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Sərəncamına əsasən 2013-2015-ci illər ərzində "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması işi əsasən İnstitutun əməkdaşları tərəfindən həyata keçirilmişdir.
- Tədqiqatlar zamanı Ovçulartəpəsində aparılan arxeoloji araşdırmalar Eneolit dövründən Kür-Araz mədəniyyətinə keçidi, o cümlədən Naxçıvanın qədim mədəniyyətlərinin Şimali Mesopotamiya və Şərqi Anadolu ilə əlaqələrini öyrənməyə imkan verir. Ovçulartəpəsindəki araşdırmalar Eneolit dövrünün sonunda qəbilə quruluşunun dağıldığını, sosial bərabərsizliyin meydana çıxdığını göstərir.
- Oğlanqala yaşayış yerində aşkar olunan arxeoloji materialların təhlili Dəmir dövründə Naxçıvanda dövlətlərin olduğunu təsdiq edir. Araşdırmalar göstərir ki, Oğlanqala ətraf əraziləri əhatə edən dövlətin mərkəzi olmuşdur. Yaşayış yeri ilə bağlı aşkar olunan mixi yazıların ilkin tədqiqi, özünəməxsus mədəniyyəti olan Oğlanqala sakinlərinin yazı və say sistemi ilə tanış olduğunu sübut edir. Tədqiqat zamanı yaşayış yerinin arxitekturasının planı çıxarılmış, onun topoplanı hazırlanmış və abidənin əsas fəaliyyət dövrü müəyyənləşdirilmişdir.
- Naxçıvanın orta əsr sosial-siyasi həyatında məscidlərin, xüsusilə, sufi şeyxlərinin fəaliyyət göstərdiyi xanəgahların mühüm rol oynadığı müəyyən edilmiş, bəzi məscidlərin tikilmə tarixi dəqiqləşdirilmiş, bir çox baş daşı və sənduqələr üzərindəki kitabələr oxunub araşdırılmış, bir sıra qəbristanlıqlarda olan xatirə abidələri, xüsusilə qoç və qoyun heykəlləri üzərindəki təsvirlər tədqiq edilmiş, elmə məlum olmayan yeni kitabələr qeydə alınmış, mətinləri oxunaraq dilimizə tərcümə olunmuş, Azərbaycan tarixinin mənbəyi kimi öyrənilmişdir. Tədqiqatlar zamanı 9 yeni kitabə qeydə alınmış və öyrənilmişdir. Köhnə Kotam kəndində aşkar edilmiş kitabənin məlumatı əsasında Naxçıvan xanlarından Hacı Kəlbəli xanın indiyədək elm aləminə bəlli olmayan Ibrahim xan adlı oğlunun adı aşkar olunaraq elmi dövriyəyə daxil edilmişdir.
- Cənub Qərbi Qars Qafqaz qurumunun yaranması zəruriliyi və tarixi dəqiqləşdirilmiş, onun fəaliyyətinin əsas cəhətləri tədqiq edilmiş və xidmətləri göstərilmişdir.
- Naxçıvanın orta əsrlərdə Azərbaycanın dövlətçilik tarixində yeri araşdırılmış, Bakı, Tbilisi, Qori, Kutaisi, Zuqdidi və Vladiqafqaz arxivlərində Naxçıvanın tarixi ilə bağlı yeni arxiv materialları aşkarlanmış, surəti çıxarılmış, əldə olunan arxiv sənədləri əsasında Rusiyanın Naxçıvan xanlığını işğal etməsinin səbəbləri, eyni zamanda Naxçıvan xanlığının Qafqaz regionunda hərbi mövqeyi tədqiq edilmişdir.
- Naxçıvanın orta əsrlər dövründə tarixi coğrafiyası tədqiq olunmuş, inzibati ərazi vahidləri, sahəsi, şəhərləri, əhalisinin tərkibi tədqiq edilmişdir.
- Gəmiqayada, Xaraba Gilanda, Oğlanqalada, Maxta Kültəpəsində, Ovçular təpəsində və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır. Həmin araşdırmaların müəyyən hissəsi beynəlxalq xarakter daşımış, onların işində Rusiya, Amerika, Fransa və Türkiyədən olan mütəxəssislər iştirak etmişlər.
- Gəmiqaya təsvirlərinin semantik məzmunu açılmış, həmçinin xalq arasında “Nuhun türbəsi” adı ilə tanınan memarlıq abidəsi üzə çıxarılmışdır. Naxçıvan ərazisində yaşamış qədim tayfaların ideoloji görüşləri ilə Azərbaycan xalqının mənəvi mədəniyyəti arasındakı genetik bağlılıq olduğu müəyyən edilmiş, Orta və Son Tunc dövrü dəfn adətlərinin xarakterik xüsusiyytləri və Nəhəcir keramikasının texnologiyası müyyənləşdirilmişdir.
- Naxçıvan ərazisində toplanmış materiallar əsasında təbiət hadisələri və səma cisimləri ilə bağlı inancların mənşəyi və digər türk xalqları ilə əlaqələri müəyyənləşdirilmiş, təqvim adətləri ilə bağlı materiallar toplanmışdır. Əhalinin ənənəvi təsərrüfat sahələri araşdırılarkən ilk dəfə olaraq atcılıqla bağlı geniş materiallar toplanılmışdır. Bir sıra inamların tarixi kökləri, digər türk xalqları arasında oxşar çəhətlər müəyyən edilmiş etnogenetik məsələlər araşdırılmışdır. Müasir məişətimizdə və yaşlıların yaddaşlarında mövcud olan islamaqədərki adətlər, inamlar və mərasımlərin yayılma arealı, onların tarixiliyi məsələləri tədqiq edilmişdir. Əraziyə əhalinin məskunlaşması, məşğuliyyət sahələri, Nuh peyğəmbər, Dünya tufanı ilə bağlı bir sıra problemlər araşdırılmışdır.
- Qafqazdakı dini-ideoloji münasibətlərdə Naxçıvanın yeri geniş şəkildə araşdırılmış, XX yüzilliyin əvvəllərində Naxçıvanda erməni-azərbaycanlı ziddiyətləri yeni arxiv materialları və ədəbiyyat faktları üzrə aydınlaşdırılmışdır. Ermənilərin Azərbaycana, ümumiyyətlə türklüyə qarşı önə sürdükləri iddiaların dini-siyasi mahiyyəti, böyük dövlətlərin və beynəlxalq qurumların Ermənistan-Azərbaycan münaqişəsinə olan münasibətləri və bu yöndə yeritdikləri fəaliyyət tədqiq edilmiş, bu münasibətlərin kəskinləşməsində böyük dövlətlərin siyasi maraqlarının toqquşmasının əsas rol oynadığı müəyyən edilmişdir.
Şöbələri
redaktə- Qədim və orta əsrlər tarixi şöbəsi.
- Yeni və ən yeni tarix şöbəsi.
- Qədim dövr arxeologiyası şöbəsi.
- Antik və orta əsrlər dövrü arxeologiyası şöbəsi
- Etnoqrafiya şöbəsi.
- Qafqaz tarixi şöbəsi
- Arxeoloji xidmət şöbəsi