Tantal - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | tantal, Ta, 73 | |||||
Qrup, Dövr, Blok | 5, 6, d | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 180.94788 q/mol | |||||
Elektron formulu | 4f14 5d3 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 3017 °C (3290 K, 5463 °F) | |||||
Qaynama temperaturu | 5458 °C (5731 K, 9856 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Tantal - "Ta" -(Tantalum) – Mendeleyevin elementlərin dövri sistemində 73-cü element. V qrupun əlavə yarımqrupunun 3-cü elementidir. Sərbəst halda ilk dəfə 1802-ci ildə İsveç alimi Andres Eksberq və ingilis alimi Çarlz Xatçet (1765-1847) tərəfindən Skandinaviyada tapılan minerallardan birində kəşf olunmuşdur. Onlar kəşf etdikləri tantal və kolumbiumu kimyəvi xassələri çox yaxın olduğundan bir element kimi qəbul etdilər və onu tantal adlandırdılar. 1844-cü ildə alman kimyaçısı Henrix Roze (1795-1864) Bavariyada tapılan mineralları araşdırarkən sübut etdi ki, çox oxşar xassəli iki müxtəlif element mövcuddur. O bu elementlərin "qohumluğunu" nəzərə çapdırmaq" üçün ikinci elementi mifik yunan qəhrəmanı Tantalın qızı Niobanın şərəfinə Niobium adlandırdı. Maraqlıdır ki, Amerikada hələ uzun müddət niobiumu, köhnə adı ilə Kolumbium (CB) adlandırırdılar.[1]
Bu elementə tantal adı elementin sərbəst halda çətin ayrılmasına və onun kimyası ilə məşğul olan tədqiqatçılara əzab verməsinə görə qədim yunan mifologiyasından götürülmüş "Tantal əzabı" məfhumuna əsasən verilmişdir. Mifik ad daşıyan 3 elementdən (vanadium, tantal, niobium) biridir. Tantal metalı ilk dəfə xloridli birləşməsinin hidrogenlə reduksiyasından alınmışdır.[2]