Talin Mahali - Wikipedia
Talin_mahalı - Haqqında Məlumat
Talin mahalı — Qərbi Azərbaycanda tarixi mahal.
Talin mahalı | |
---|---|
Tarixi
redaktəİrəvan əyalətinin şimal-qərb sərhədlərini əhatə edirdi. Onun Balıqlı çayından Sərdarabad arxına qədər eni təxminən 35 verst, Alagöz dağının zirvəsindən Qərbi Arpaçaya qədər uzunluğu 40 verst, ümumi sahəsi 1.400 kv.verst və ya 157.500 xalvar idi.[1]
Talin mahalı şimalda Şürəyöl əyaləti, şərqdə Alagöz dağlarının qarlı zirvələri, cənubda böyük və susuz çöllərlə ayrıldıqları Sərdarabad və Səədli mahalları, nəhayət qərbdə Qərbi Arpaçayın ayırdığı Qars Paşalığı ilə həmsərhəd idi.[2]
Mənbə
redaktə- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.