Talistan - Wikipedia
Talıstan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Talıstan | |
---|---|
40°48′00″ şm. e. 48°12′07″ ş. u.HGYO | |
Ölkə | |
Region | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 780 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış olmuşdur.
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən 4 km şimal-şərqdə Girdimançayın sağ sahilindən 10 km aralı, Acınohur ön dağlığı yamacındadır. Şimaldan Cavanşir qalası, qərbdən Cülyan kəndi, şərqdən Diyallı kəndi ilə əhatə olunub və dağətəyi ərazidə yerləşir.
Əhalisi
redaktə1859-1864-cü il olan məlumata əsasən Talıstan kəndində 83 evdə 225 nəfəri kişilər, 117 nəfəri isə qadınlar olmaqla 342 nəfər müsəlman Azərbaycanlılar yaşayırdı. Əhalisi 2556 nəfərdir ki onunda 1295 nəfəri kişi, 1261 nəfəri qadındır.