Talis Mexmeri Kepeneyi - Wikipedia
Talış məxməri kəpənəyi (lat. Pararge adrastoides) — pararge cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur.
Talış məxməri kəpənəyi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: ???: Talış məxməri kəpənəyi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yayıldığı yer
redaktəTalışın ovalıq, dağətəyi və dağları (meşənin yuxarı hissəsinə qədər).[1]
Yaşadığı yer
redaktəKölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları.[2]
Sayı
redaktəAzsaylıdır.
Ekologiyası
redaktəOvalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.[3]
Sayının dəyişilmə səbəbləri
redaktəTırtılları yem bazasından məhrum edən müntəzəm biçin.
Zəruri qorunma tədbirləri
redaktəHirkan qoruğu ərazisində kəpənəklərin tutulmasının və biçinin qadağan edilməsi.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəKəpənəklərin yaşayış yerlərində qida bitkilərinin biçininin qadağan edilməsi. Bu ərazilərdə qorunan sahələrin təşkili. Azərbaycan ərazisində bu kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, kəpənəyin yaşadığı ərazilərə monitorinqlərin təşkili.