Takelaj - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
-Takelajçı (hollad dilində takelage — gəmi ləvazimatlarıdır: burazlar, zəncirlər, millər (çubuqlar), vantlar, ştanqlar, şkotlar)---
-Sex və sahə rəisi,usta, briqadir və kran maşinisti bilməlidirlər ki, yüklərin ilməklənməsinə yaşı 18 ildən az olmayan, tibbi yoxlamadan keçmiş, ilməçi və ya takelajçı ixtisasını öyrənmiş, attestasiyadan keçmiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını öyrənmiş, biliyi yoxlanılmış əlində takelajçı vəsiqəsi olan şəxslər buraxılır.
Yükqaldırıcı və nəqledici maşınlar ağır əl əməyini mexanikləşdirməklə yanaşı, istehsalın məhsuldarlığını xeyli artırır. Təyinatına və konstruksiyasına görə yükqaldırıcı-nəqledici maşınların müxtəlif növləri vardır. Buraya əsasən periodik işləyən yükqaldırıcı maşın və mexanizmlər, fasiləsiz işləyən nəqledici maşınlar və qurğular daxildir. Müasir avtomatlaşdırılmış tex-noloji axın xətlərinin istehsalatda geniş yükqaldırıcı və nəqledici maşınları köməkçi quruluşlardan istehsalın əsas göstəricilərini müəyyənləşdirən başlıca amillərə çevrilmişdir. Yükqaldırıcı və nəqledici avadanlığın düzgün seçilməsi istehsalın normal və yüksək məhsuldarlıqla işləməsini təmin edən əsas cəhətlərdən biridir. Manipulyatorların və robotların istehsalatda tətbiqi isə müasir elmi-texniki tərəqqinin çox böyük nailiyyətidir.
Yükqaldırıcı maşınlar yükün qaldırılması və nəql edilməsində işlədilir. Bu maşınlarda işçi gedişdən sonra həmişə boş gediş də olur. Odur ki, yükqaldırıcı maşınlar nəqliyyat maşınlarından fərqli olaraq fasilə ilə işləyən maşınlar qrupuna aiddir. İşçi gediş dedikdə, yükün qaldırılması və nəql edilməsi, boş gediş dedikdə isə sonrakı yükü qaldırmaq üçün əks gediş nəzərdə tutulur.
Təyinatına görə əsas və köməkçi yükqaldırıcı maşınlar vardır. Köməkçi yükqaldırıcı maşınlara domkrat və bucurqadlar aiddir. Köməkçi yükqaldırıcı maşınlar əsasən quraşdırma və təmir işlərində tətbiq olunur. Əsas yükqaldırıcı maşınlara isə qaldırıcılar və kranlar aiddir. Qaldırıcılarda yükdaşıyan yığım vahidinin ancaq bir növ (aşağı-yuxarı) hərəkəti vardır. Qazma qurğusunu buna misal göstərmək olar. Belə qurğular həm stasionar və həm də hərəkət edən platforma və gəmilərdə quraşdırılır. Təsərrüfat işlərində çəngəlli qaldırıcılar geniş tətbiq edilir.
Kranlar ─ bir neçə mexanizmdən ibarət olan mürəkkəb maşınlardır. Onlarda qaldırılan yük ikiüç istiqamətdə yerini dəyişə bilər. Onlarda yük aşağıdakı hərəkətlərdə olur:
1) şaquli istiqamətdə qalxma və enmə
2) şaquli ox ətrafında dönmə
3) yüklə kranın dönmə oxuna qədər olan məsafənin (qolun) dəyişdirilməsi.
Bu hərəkətlər yükqaldırıcını (kranı və ya arabacığı) hərəkət etdirən, döndərən və aşırımını dəyişən mexanizmlərdən birinin tətbiqi ilə icra edilir.
Yükə verilən hərəkətin xarakterindən və xidmət sahəsinin formasından asılı olaraq kranlar konsol və aşırımlı konstruksiyalı olur. Kranların aşağıdakı növləri çox yayılmışdır: stasionar dönən konsol, maçtalı, portal, qülləli, pnevmoçarxlı, kanat intiqallı, hidravlik və tırtıllı, körpülü, hörgüclü, çalovlu və xüsusi təyinatlı (quraşdırıcı, qreyferli və s.) kranlar.
Konstruksiyaya görə yükqaldıran kranlar aşağıdakı növlərə bölür:
- qolular, hansılarda ki, yüktutan orqan qola və ya arabaya asılmışdır (qülləli, avtomobil, pnevmatik çarxlı, tırtıllı, dəmir yolu, boru düzən, maçta, kansol, divar kranlarının və kran-manipulyatorların qolu ilə yerini dəyişir;
- körpülü, hansılarda ki, yüktutan orqan yük arabasına və ya tala asılmışdır, körpü ilə hərəkət edir(körpülü, çatmalı, yarımçatmalı);
- kabellilər, hansılarda ki, yüktutan orqan iki dayaqda bərkidilmiş kanatlar üzrə yerini dəyişdirən yük arabasına asılmışdır(kabellər, kabel-körpülər).
Yükqaldıran kranlar həmçinin bölünürlər:
- yüktutan orqan görünüşünə görə(qarmaqlar, qreyferlilər, maqnitlər, millilər, tökmələr, traverslər, kopyorlar, bərkitmələr, konteynerlər və başqaları);
-yerdəyişmənin imkanlarına görə (stasionarlar, özüqaldıranlar, yeri dəyişdirilə bilənlər, daşına bilənlər, qoşmalar, özüyeriyənlər);
-hərəkət qurğusunun növünə görə (tırtıllı gedişdə, təkərli gedişdə, avtomobillər, pnevmatik çarx, relslər, dəmir yolları, addımlayanlar, xüsusi avtomobil növlü şassidə və üzənlər);
-ötürmə növünə görə (əl ilə, elektriklə, mexanika ilə, hidravlika ilə, uyğunlaşdırılmışlar, pnevmatiklər).
Yükqaldıran kranların ağıdakı əsas parametrlərə malikdir
-Kranın yükqaldırma qabiliyyəti (Q, t) — çıxarılan yüktutan tərtibatın çəkisi daxil olmaqla, verilmiş iş rejimində kranın yük qaldırmasına hesablanmış, ən çox qaldırılan mümkün yükdür.
-Uçuş (L, m) — kranın dönüş hissəsinin fırlanma oxundan yüktutan orqanın şaqulioxuna qədər məsafədir.
- Yükün anı (M, t*m) — uçuşun və ona uyğun olan yükqaldırma qabiliyyətinin ölçüsüdür:
M= QL.
-Qalxmanın hündürlüyü — Döşəmənin horizontal səviyyəsindən yuxarı vəziyyətdəolan yüktutan orqana qədər məsafədir.
-Endirmənin dərinliyi — kranın dayanacağının səviyyəsindən aşağı işçi vəziyyətdə olanda yüktutan orqana qədər məsafədir, (o işçi vəziyyətdə 5 m bərabər).
-Yükün (endirməsinin) qalxmasının sürəti — təyin edilmiş işçi rejimində yükün şaquliyerdəyişməsinin sürətidir.
-Kranın (arabanın) təyin edilmiş rejimində hərəkətinin sürəti.
Kranın əsas parametrləri onun pasportunda göstərilir və krançılar, ilməkcilər və takelajçılar üçün istehsalat təlimatlarında öz əksini tapmalıdır.
Tərtib etdi : Əlihəsən İbrahimov
Tərtib etdi : Oktay Şəfiyev
Xahiş olunur mövzuda redaktə etməyin !