Tahir Talibli - Wikipedia
Tahir Talıblı (tam adı:Maşayev Tahir İslam oğlu; 22 fevral 1948, Evli, Kalinino rayonu) — Şair, publisist, ssenari müəllifi, film üzərində işləyən, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1990), Əməkdar jurnalist[1]
Tahir Talıblı | |
---|---|
azərb. Maşayev Tahir İslam oğlu | |
Doğum adı | Tahir |
Təxəllüsü | Talıblı |
Doğum tarixi | 22 fevral 1948 (76 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | Savalan |
Atası | İslam |
Təhsili | |
İxtisası | Filologiya |
Fəaliyyəti | Azərbaycan radiosu |
Fəaliyyət illəri | 1970-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | şeir, publisistika, folklor |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəTahir Talıblı 1948-ci ilin fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olmuşdur[2]. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirmişdir. 1974-cü ildə ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1975–1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980–1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1988-ci ildə erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur. Həmin ildən Bakı şəhərində yaşayır.
Ailəsi
redaktəAiləlidir, 3 övladı var[3]. Azərbaycan Jurnalistlər Birliyinin üzvü Savalan Talıblı Tahir Talıblının oğludur.
Fəaliyyəti
redaktə1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur[4]. "Yeni fikir" qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru işləmişdir (1992–1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmışdır (1993).
1993-cü ildən isə Azərbaycan radiosunda "Xalq yaradıcılığı" redaksiyası yaradılıb. Redaksiya iki şöbədən: "Xalq yaradıcılığı", "Sənət və etnoqrafıya'" şöbəsindən ibarətdir.
Xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə çıxır. "Bulaq", "Gündoğandan günabatana", "Yazıya pozu yoxmuş", "Xeyrə qənşər", "Aşıq gördüyün çağırar" ,"Yerin-yıırdun adın andım", "İlmə", "Şirvan nəfəsi", "Divani saz-söz moclisi", "Dastan saatı", "Qərib axşamlar", "Şirvan şikəstəsi", "Tərəkəmə" folklor rəqs toplusu, "Yurd yeri", "Soyumuz-soykökümüz" İrəvan Cuxuru kimi verilişləri yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.
1969-cu ilin noyabrında ilk dəfə efirə çıxan "Bulaq" verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb, araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan "Bulaq" verilişi 1993-cü ilə qədər "Ədəbiyyat" redaksiyasının tərkibində fəaliyyət göstərib. Artıq 15 ilə yaxındırki Tahir Talibli "Bulaq" verilişinin ssenari müəllifidir[5].
"Xalq yaradıcılığı" redaksiyasının verilişlərində xalq yaradıcılığının müxtəlif sahələri araşdırilir, etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səslənir. Azərbaycan radiosıınun "Xalq yaradıcılığı" redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalqlarının, türk soylarının folklor niimunələrindən geniş söhbət açırlar. Üzü Şumerdən bəri gələn Şu, Bilqamış, Dədə Qorqud, Koroğlu, alpamış Koblantı Batır, Ural-Batır, Altun Arıq, Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur."Ustad nəfəsi", "Divani saz söz məclisi", "Dastan saatı"Irəvan Çuxuru, Yurd yeri verilişlərində aşıq sənətimiz yaradıcı şəkildə araşdırılır.
Azərbaycan Dövlət Televiziya və Radiosu "Xalq yaradıcılığı" redaksiyasının baş redaktoru[6], prezident təqaüdçüsüdür[7]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 noyabr 2011-ci il tarxində "Əməkdar jurnalist" adi ilə təltif olunub.
Filmoqrafiya
redaktə- Aşıq Məhəmməd Sadaxlı (film, 2003) — (Ssenari müəllifi)
- At igidin qardaşıdır (film, 2002) — (Ssenari müəllifi)
- Deportasiya (film, 2001) — (Film üzərində işləyən)
- O quzeylər (film, 2000) — (Film üzərində işləyən)
- Deportasiya. V Film (film) — (Film üzərində işləyən)
- Deportasiya. IV Film (film) — (Film üzərində işləyən)
- Deportasiya. III Film (film) — (Film üzərində işləyən)
- Deportasiya. II Film (film) — (Film üzərində işləyən)
- Deportasiya. VI Film (film) — (Film üzərində işləyən)
- Deportasiya. VII Film (film) — (Film üzərində işləyən)
Əsərləri
redaktə- Sevgi harayı. İrəvan: "Sovetakan qroğ", 1982, 36 səh.
- Yazılmamış şerlər. İrəvan: "Sovetakan qroğ", 1984, 80 səh.
- Yollara çıxmışam. Bakı: "Yazıçı", 1986, 45 səh.
- Bizi yurd saxlar. Bakı: "Yazıçı", 1992, 120 səh.
- Əziz Əliyev. Bakı: "Azərnəşr", 1996, 352 səh.
- Əziz Əliyev:dövrü, həyatı, şəxsiyyəti // Bakı: Göytürk nəşr., 1997, səh.285
- Bu tale dediyin (şerlər). Bakı: "Azərbaycan Türkiyə Birgə Poliqrafiya Şirkəti", 125 səh.
- "Qurdu qəmgin, quşu qərib". Bakı: 2013
- "Vaxt vaxtında gəlir…". Bakı: 2017
İstinadlar
redaktə- ↑ Təranə Vahid. "Uzaqda yurd qoxusu var..." 525-ci qəzet (az.). 525.az. 06.03.2014 - 16:22. 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-23.
- ↑ "Tahir Talıblı — msxlabs.org saytı". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-22.
- ↑ Tahir Talibli — SİZİN ŞİİRLERİNİZ — samanalevi.com saytı [ölü keçid]
- ↑ "Tahir Talıblı: Elə ki qorxun qurtarır, ölüm də xoşuna gəlir — atev.az saytı". 2014-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-22.
- ↑ Sevinc Mürvətqızı, Müsahibə — Tahir Talıblı:"İnsan yaşadığı hər gün üçün özünə hesabat verməlidir", 525-ci qəzet. — 2009. — 27 fevral. — Səh.7. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — anl.az saytı
- ↑ "Tahir Talıblı — tahirtalibli.wordpress.com saytı". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-22.
- ↑ Əməkdar jurnalist, şair Tahir Talıblı-66: "Bizi yenə div aparır" — POEZİYA — modern.az saytı
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Tahir Talıblı — Qəmnən doğulacaq insanlar hələ [ölü keçid] — diasportv.com saytı
- Tahir Talıblı Arxivləşdirilib 2013-12-01 at the Wayback Machine — etatist.com saytı
- Şair Tahir Talıblı 10 illik fasilədən sonra [ölü keçid] — carci.az saytı
- Tahir Talıblı — stihi.ru saytı
- Tahir Talıblı-Qoşa altın-66 mübarək! Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — dokkuziklim.net saytı
- Tahir Talıblı, Bulaq – 50
- Tahir Talıblı ilə 30 illik "Yeni fikir" söhbəti — Müsahibə
- Tahir Talıblı: "Tənhalıq da, dərd də insanın özüylə doğulur…"
- Özü obalardan, sözü babalardan
- Tahir Talıblı:"Ölümnən o yanda nə var?" [ölü keçid]