Tagi Bedirov - Wikipedia
Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972).
Tağı Bədirov | |
---|---|
20 oktyabr 1965 – 22 avqust 1972 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Kamil Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | ? |
Partiya | ÜİK(b)P (1944) |
|
|
Təltifləri |
Həyatı
redaktəTağı Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.[2]
Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Бәдиров Тағы Мүрсәлович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 69.
- ↑ 1 2 Бәдиров Тағы Мүрсәлович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 68.