Terter Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Tərtər Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikasının Tərtər rayonunun Pirəbədil kəndində muzey.
Tərtər Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Tərtər Tarix-Diyarşünaslıq Muzeyi | |
| |
Əsası qoyulub | 1981 |
Mövzu | Tarix |
Direktor | Aybəniz Məmmədova[1] |
Muzeyə yetişmək | Tərtər rayonu R.Kərimov 4 küç |
Telefon | (020) 205-03-00 |
Muzeyin tarixi
redaktəTərtər Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildən fəaliyyətə iki işçi ilə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında muzey üçün yeni binanın inşa edilmişdir.[2]İki il Tərtər Cümə məscidində sonra isə 1984-ci ildən Uşaq Musiqi məktəbinin 1-ci mərtəbəsində 35m2 sahədə fəaliyyət göstərmişdir.
2016-ci ilin sonuna 1570-eksponat, 2017-ci ilin bu gününə isə 2016 eksponat nümayiş etdirilmişdir. 2017-ci ildə Tarix-diyarşünaslıq muzeyi üçün yeni müasir bina tikilmişdir. Hal-hazırda muzeyin yeni ərazisi 1200 m2-dir. 2017-ci ildə 90 əşya bərpa olunub yeni muzeydə sərgilənir.[3]
Muzeyin zalları
redaktəİkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda "Təbiət", "Arxeologiya", "Qafqaz Albaniyası", "Orta əsrlər", "Misgərlik", "XIX əsr", "Azərbaycan milli geyimləri", "Ənənəvi ev", "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü", "Azərbaycan müstəqillik dövrü", "Qarabağ münaqişəsi" adlı bölmələr qurulub. Burada, həmçinin Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr var.[4]
Muzeyin eksponatları
redaktəMuzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir. Bu məsələdə Tərtər Tarix-Diyarşünaslıq Muzeyi mühüm rol oynayır. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.[5]
İstinadlar
redaktə- ↑ "Muzeyin direktoru". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
- ↑ Prezident İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib
- ↑ "Bərdə Regional Mədəniyyət İdarəsi". 2021-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
- ↑ Tərtər Tarix-Diyarşünaslıq Muzeyi[ölü keçid]
- ↑ "Tərtər rayon İcra Hakimyyəti". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.