Terter Usyani 1920 - Wikipedia
Tərtər üsyanı, Azərbaycanda Aprel işğalına (1920) qarşı ilk kütləvi üsyan. Mayın 21-23-də baş vermişdir.[1]
Üsyanın başlanması
redaktəRəşid ağa Cavanşir Tərtər üsyanının iştirakçısı və təşkilatçılarından biri idi.[2] Üsyan mayın 21-də yerli əhalidən olan silahlı dəstənin Tərtərdəki sovet bölmələri və Tərtəri tərk edən Qırmızı Ordu alayı üzərinə silahlı hücumu ilə başladı. Qırmızı Ordu bölmələri üsyançı qüvvələrin qarşısını ala bilmədi və 80 nəfərə yaxın itki verərək, qaçmağa məcbur oldu. Qırmızı alayın komandiri də öldürüldü.[1]
Üsyanın yatırılması
redaktəÜsyanın genişlənməsinin qarşısını almaq üçün dərhal tədbirlər görüldü. Bir tərəfdən, Dadaş Bünyadzadə və Çingiz İldırım Tərtərə gəlib, əhalini sovet rejiminə müqavimətdən çəkindirməyə çalışdılar, digər tərəfdən isə bölgəyə əlavə hərbi qüvvələr gətirildi və Tərtər ətrafında Qırmızı ordu hissələrinin qüvvə üstünlüyü yaradıldı. Bununla, Tərtər ətrafında vəziyyəti müvəqqəti sakitləşdirmək mümkün oldu. Lakin Qarabağ üsyanının başlaması ilə Tərtərdə xalq hərəkatı yenidən gücləndi.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Tərtər üsyanı maddəsi.
İstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı: 2001.
- ↑ "Arxivlənmiş surət". 2019-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-06.