Tenbel Ayi - Wikipedia
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır.
Tənbəl ayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tənbəl ayı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüş
redaktəTənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur.
Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm[3][4][5], quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar.
Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir. Başı iridir. Sifəti isə uzundur. Bu canlıları digər ayılardan fərqləndirən əsas xüsusiyyət uzun tüklü xəzə sahib olmalarıdır. Rəngi parlaq qara olsa da adətən boz, qəhvəyi və qırmızımtıl qarışıqlı olurlar. Burnunun sonucu həmişə kirli boz rəngdə olur. Sinə nahiyyətində ayrıca parlaq ləkələr olur. Bu ləkələr V və ya Y hərflərini xatırladır.
Qidalanması
redaktəTənbəl ayılar əsasən Qarışqayeyənləri xatırladırlar. Qidalarının əsasını qarışqa və termitlər təşkil edir. Caynaqları əsasən ağaca dırmanmaq və termit yuvalarını dağıtmğa xıdmət edir. Dişləri qısadır. Üstəlik iki mərkəzi dişləri yoxdur. Damaqları boşdur, dil isə çox uzundur. Bu xüsusiyyət onların həşərat ovuna xidmət edir.
Yayılması
redaktəTənbəl ayılar əsasən Pakistan, Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Butan kimi ölkələrdə yayılmışlar. Onlar XX əsrin ortalarına qədər olduqca geniş ərazidə müşühidə edilirdilər. Hazırda isə nadir canlıdırlar.
Həyat tərzi
redaktəBu canlılar əsasən tropik və subtropik meşələrdə yayılmışlar. Əsasən təpəli əraziləri xoşlayırlar. Hündür yerlərə qalxmırlar. Nəmli yerlərdən qaçırlar. Əsasən gecə həyat tərzi keçirirlər. Gündüz iri otların üzərində və ya mağaralarda yatırlar. Adətən balalı dişilər gecə yırtıcıları ilə qarşılaşmamaq üçün gündüz həyat tərzinə keçirlər.
Tənbəl ayılar il boyu aktiv olurlar. Qış yuxusuna getmirlər. Ancaq yağışlar mövsümü az aktiv həyat tərzinə keçirlər.
Hər şeylə qıdalanırlar Qıdalarının əsdasını həşəratlar təşkil edir. Ancaq bala olan sevgiləri səbəbindən Melursus yəni «bal ayısı» adını almışlar. Martdan iyuna qədər meyvə mövsümü olduğundan qıdasının 50 % meyvələr təşkil edir. İlin qalan vaxtı isə qarışqa, termit, arı ilə qadalanırlar. Sıx məskunlaşılmış ərazilərdə şəkər qamışı və qarğıdalıda yeyirlər.
Yaxşı anlayış qabiliyyəti olsa da görmə və eşitməsi zəifdir. Onun görkəmin başqa şey desədə onlar insandan daha iti qaça bilirlər. Ağaclara meyvə üşün qalxsalar da müşməndən qaşmaq məqsədi ilə ğaca çıxmırlar. Onlar bir qayda olaraq aqresiv canlılardır. Bununla belə 1989-cu ilin aprel ayından 1994-cü ilin mart ayına olan məlumata görə 735 hücum faktı qeydə alınmış və bunlardan 48 ölümlə nəticələnmişdir.
Tənbəl ayılara ancaq iri canlılar hücüm edir: Pələng və bəbir.
Çoxalması
redaktəHindistanda yayılmış tənbəl ayılar əsasən maydan iyula qədər çütləşmə dönəmi keçirirlər. Şri-Lanka ayıları isə il boyu. 7 aydan sonra balalar doğulur. Əsasən 1-2 və ya nadir hallarda 3 bala verirlər. Doğulduqdan 2-3 ay sonra ayı balaları kahanı tərk edirlər. Balalar adətən analarının belində səyahət edirlər. Balaların yetişdirilməsi anaların üzərinə düşür.
Qapalı şəraitdə 40 il yaşaya bilirlər.
Populyasiyasının statusu və insan üçün əhəmiyyəti
redaktəOnlar Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir. Nadir zoolojoi növ sayılırlar. 1975-ci ilə olan məlumata görə sayları 10 000 başı keçirdi.
Tənbəl ayılar Şəkər qamışı, Xurma palması, Qarğıdalı zəmilərinə vurduqları zərər və aqrissiv olmaları səbəbindən ovlanılırlar. Onların xəzi qiymətli sayılsa da əti yeyilmir. Müəyyən hissəsi ənənəvi asiya tibbində istifadə edilir. Onların sayına təsir göstərən əsas amillərdən biri yaşayış ərazilərinin insanlar tərəfindən mənimsənilməsidir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ "Sloth Bear". The Animal Files. 29 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2011.
- ↑ "Sloth Bear". Arktofile.net. 31 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2011.
- ↑ "San Diego Zoo's Animal Bytes: Sloth Bear". Sandiegozoo.org. 12 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2011.