Teneke Tebili Roman - Wikipedia
Tənəkə təbili — Günter Qrass tərəfindən yazılmış romandır. Bu roman 1959-cu ildə "Dantsiq triologiyası"nın bir hissəsi kimi nəşr olunur. O, Almaniyada müharibədən sonra çap olunmuş ən vacib romanlardan biri sayılır.
Mövzusu
redaktəRomanda öz həyatını danışan Oskar Matserat 1924-cü ildə Dantsiqdə dünayaya gəlir. Anadan olan zaman o tam yetişmiş bir təfəkkürə malik olur. O üç yaşından sonra daha böyümədiyi üçün həmişəlik uşaq olaraq böyüklərin həyatı haqqında aşağıdan yuxarıya baxaraq xəbər verir. O malik oduğu tənəkə təbilinin köməyi ilə hətta keçmişə boylana bilir, məsələn anasının necə anadan olması haqqında da məlumatlara malikdir. Oskar romanda özü haqqında üçüncü şəxsdə məlumat verir.
Oskar özü haqqında deyir ki, o "ağılı başa malik körpələrə" aiddir və "onun təfəkkürü artıq anadan olanda sona çatmışdır, bundan sonra o malik oduğu bu təfəkkürü təsdiq etməlidir". O Böyüklərin dünyasını inkar edir və 3 yaşından sonar daha böyümək istəmir. Eyni zamanda o həm xarci, həm də daxili görünüşünə görə özünün tam yetişdiyini və bununla Böyüklərdən çox yüksəkdə durduğu qənaətinə gəlir.
Oskarın söylədiyi əhavalatların düzgünlüyü çox vaxt şübhə doğurur. 1952-ci ildə o "Ruhi xəstələr" müalicə ocağında olduğunu və dəli olduğunu söyləyir ki, bu da inanılmazdır. Bundan əlavə, onun daha böyüməməsi də sual altınadadır. Çünki, o zirzəminin pilləkənlərindən aşağıya yıxldığı üçün və ya özü bilərəkdən böyümək istəməməsi aydın deyil.
Roman Oskarın anasının kartof sahəsində yaradılması ilə başlayır. Özü haqqında məlumatları o, bu dünyanın işığını 60 Vatlıq iki lampa işığı timsalında gördüyü vaxtdan, yəni anadan olduğu vaxtdan başlayaraq təsvir edir. Təsvir olunan hadisələr çox vaxt polşa və alman vətəndaşlarının ikinci dünya müharibəsindən əvvəl həyat tərzlərini və sonra Oskarın Almaniyada sənətçi kimi həyatını əhatə edir. O müharibənin təsiri nəticəsində dəli olur və dünyada baş verənləri öz şəxsi baxışları ilə qiymətləndirir. 1954-cü ildə o dəlixanadan azadlıqa buraxılır.
Film haqqında
redaktəTənəkə təbili eyni adla rejissor Volker Şlöndorf tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır.
O ilk alman filmi kimi Oskar mükafatına layiq görülmüşdür. Bundan əlavə bu filmə "Kann qızıl palma budağı" mükafatı da verilir.