Telxek - Wikipedia
Təlxək — xalq oyunlarında, hökmdarların yanında olan komik tip.Təlxək italyan (pagliaccio) mənşəli söz olub "onu izləyənləri güldürən və əyləndirən, əcaib geyimli, üzü həddindən artıq və komik şəkildə boyalı oyunçu" mənasını verir.
Qədim Tarixi
redaktəİlk dəfə e.ə. 1600-cü illərdə görünən təlxəklər, bu gün dünyanın bir çox yerində kloun kimi tanınır və sevilirlər. Bəzi qaynaqlara görə, XVIII əsrə qədər saraylarda təlxək saxlanılması ənənəsi davam edib. XVI əsrdən isə İtaliyada səhnəyə aktyor kimi çıxıblar. Təlxəklər – grotesk (əsasən dünyanı vecinə almayan adamlara deyilir) görünüşə sahib olub, komik tipli sənətçilərdir. Bu imici formalaşdıqmaq üçün rəngli və şişirdilmiş pariklər, fərqli makiyajlar, gözə fövqəladə böyük görünən ayaqqabılar və qəribə kostyumlar istifadə edirdilər. Təlxəklik fiziki performans tələb edən xüsusi təhsilin bir parçası olaraq qəbul edilməlidir. İlk təlxəklik növlərinə qədim Yunanıstanda, İtaliya küçə teatrında Commedia dell Arte, fransız mənşəli pantomim və yapon Kabuki ənənələrində və Avropada rast gəlinməkdədir. Daha çox "itoynadan" kimi tanınan Avropada təlxəkləri monarxların və varlı aristokratların evlərində çalışırdılar. Onların vəzifəsi sahibini, onun ailəsini və qonaqlarını güldürmək idi.
Yaxın tarixi
redaktəƏnənəvi olaraq təlxəklər başlarına xüsusi cingiltisi olan papaq qoyurdular. Papağın üstündəki üç ucu şiş çıxıntı eşşəyin qulaqlarını və quyruğunu simvolizə edir. Bu papaqlar qədim Romada təşkil olunan və varlılarla kasıbları bir-birinə yaxınlaşdırmaq məqsədi güdən Saturn Bayramı'nın The Feast of Saturn bir hissəsi olan "Eşşək yürüşü"nün atributlarından biridir. Bəzi qaynaqlara görə, təlxəklər qəbilə cəmiyyətlərinin ilkin dönəmində formalaşıblar.Böyük Plinni saray təlxəklərini Apellesin illinist çarı I Ptolomeyin sarayına səfəri zamanı təsvir edib. Buna baxmayaraq, təlxək anlayışı orta əsrlər Avropası ilə bağlıdır. Təlxək kralın simvolik olaraq ən yaxın adamı hesab edilirdi.
Təlxək başqalarının deyə bilmədiyi həqiqətləri zarafatlarının arasına qatıb deyə bilirdi. Buna görə də onlara Tanrının ümidinə qalan xəstə uşaqlar kimi baxırdılar. Yalnız aktyorluq qabiliyyəti olan insanlar deyil, həm də psixoloji problemləri olan insanlar da tez-tez təlxəklik etməklə pul qazanırdılar. Orta əsirlərdə bütün kral saraylarında bir neçə formada təlxək var idi – musiqi ilə hoqqa çıxaranlar, janqlyorluq edənlər, aktyorluq edənlər və məntiqli şərtləri həll edənlər. Orta əsr Avropasında təlxəklər imtiyazlı sinif üçün mühüm sosial rol ifa edirdilər. Söz azadlığının olmadığına görə lordlar kralı tənqid edə bilmirdilər, kral isə lordları tənqid etməyi özünə sığışdırmırdı. Onların əvəzinə bu işi təlxəklər öz üslublarında görürdülər. Bu zaman təlxək sərhədi aşardısa, onu öldürməzdilər, başqa cür cəzalandırardılar. Erkən orta əsrlərdə imtiyazlı elita nümayəndələri bir-birlərinin diqqətini təlxəklər vasitəsilə cəlb edir, həmçinin krala layihələrini, şikayətlərini, böhranlı və təhlükəli təklif və ideyalarını çatdırırdılar.Maarifləndirmə və reformasiya dövrünün başlaması ilə birlikdə təlxəklərin bu vəzifələrinə son verildi.Rusiyada da təlxəkliyin qədim ənənələri olub. Hətta ruslarda təlxək obraz olaraq nağıllarda da özünə yer tapıb. Rus malikanə və saraylarındakı təlxəklərin də vəzifələri sahiblərini və onların qonaqlarını əyləndirməkdən ibarət idi. Rus təlxəklər həm çar, həm də imperator saraylarında olub.Avropa və Rusiyadan fərqli olaraq, Osmanlı sarayında təlxəklərin rolu təkcə sultanları güldürmək deyildi.Fransız tarixçilərinin Osmanlı sarayından yazdıqları salnamələrə əsasən, Osmanlı təlxəkləri həm də teatr sənətini inkişaf etdirdilər. Osmanlı təlxəkləri haqqında məlumat verənlərdən biri isə məşhur türk səyyahı Övliya Çələbidir. Məşhur ingilis klounu Yozef Qrimaldi təlxəklik sənətinin atası hesab olunur.
Mənbə
redaktə- [1] Arxivləşdirilib 2011-08-30 at the Wayback Machine